Yəhudi Xəbərlər Agentliyi: Kamal Abdullayevin təyinatı ölkədə etnikdini tolerantlıq ab-havasının, xalqlarkonfessiyalar arasında dostluğun və əməkdaşlığın möhkəmlənməsində maraqlı olan dini icmaların xeyrinə olacaqdır

 

Yəhudi Xəbərlər Agentliyi "Mühüm təyinat" adlı material dərc etmişdir. Materialda deyilir ki, Azərbaycanın yəhudi icmaları Kamal Abdullayevin Azərbaycan Respublikasının millətlərarası, multikulturalizmdini məsələlər üzrə dövlət müşaviri təyin olunması barədə Prezident İlham Əliyevin sərəncamını böyük məmnunluq hissi ilə qarşılamışlar.

Azərbaycanda Dağ Yəhudiləri Beynəlxalq Xeyriyyə Fondunun (STMEQİ) bölmə müdiri Semyon İxiilov YXA-ya müsahibəsində demişdir: "Kamal Abdullayev Azərbaycanda və dünyanın bir çox ölkələrində tanınmış yazıçı, filoloq-alim, elmlər doktoru, professordur. 2012-ci ildə ədəbiyyat sahəsində Nobel mükafatına namizəd olmuşdur.

Kamal Abdullayevin ədəbi əsərlərində dərin fəlsəfi problemlər qaldırılır, insanın dünyası açılır, əməllərinin, mənəvi və dini axtarışlarının incə psixoloji təhlili verilir.

Odur ki, Kamal Abdullayevin Azərbaycanın millətlərarası, multikulturalizmdini məsələlərə dair geniş əhatəli problemlərin həllinə cavabdehlik daşıyan dövlət müşaviri vəzifəsinə təyin olunması etnikdini tolerantlıq ab-havasının, xalqlarkonfessiyalar arasında dostluğun və əməkdaşlığın möhkəmlənməsində maraqlı olan dini icmaların xeyrinə olacaqdır".

Materialın tam mətni ilə http://aen.ru/?page=brief&article_id=69971 tanış olmaq mümkündür.

 

Azərbaycan.-2014.- 4 mart.- S.6.