Paris Yüksək Moda
Həftəsi çərçivəsində
açılmış sənaye
dizaynerləri sərgisində Azərbaycan
stendi fəaliyyət göstərir
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Fransaya səfəri zamanı Paris Yüksək Moda Həftəsi çərçivəsində açılmış sənaye dizaynerləri sərgisində Azərbaycan stendini ziyarət etmişdir.
Mədəniyyət
və Turizm Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Azərbaycanın
ilk dəfə qatıldığı sərgidə ölkəmizi
Mənzər Hacıyeva təmsil edir.
Azərbaycan
stendində nümayiş etdirilən ipək məhsulları,
xüsusilə də kəlağayı sərgi ziyarətçilərinin
marağına səbəb olmuşdur. Ziyarətçilərə
Azərbaycan kəlağayısının spesifikliyi və
tarixi barədə məlumat verilmişdir.
Azərbaycan.-2014.- 4 mart.- S.6.