Qazax Sement Zavodu

 

İllik gücü bir milyon tondur

 

2014-cü il "Sənaye ili"dir

 

 

 

Keçən il ölkədə 30-dan çox sənaye müəssisəsi istifadəyə verilmişdir. Onlardan biri Qazax Sement Zavodudur. Avey dağının ətəyində yerləşir. Burada əhəng ehtiyatı çoxdur. Ona görə sement zavodu üçün məhz bu dağ seçilmişdir.

Müəssisənin texnoloji sistemi baş planı "Azərdövlətmaşlayihə" institutu tərəfindən hazırlanmışdır. Bu mühüm layihənin mühəndis-məsləhətçisi Türkiyənin "SC  İndustry A.Ş." şirkətidir.

Zavodun tikintisini "Akkord Sənaye  Tikinti  İnvestisiya Korporasiyası"nın  müvafiq  departamentləri Azərbaycanın inşaat-quraşdırma şirkətləri həyata keçirir. Xüsusi təcrübə tələb olunan işlər  üçün Çin Xalq Respublikasının "Sinoma" şirkəti  dəvət edilmişdir. Burada təxminən dörd min ton avadanlığın, beş min ton metal hisssələrin quraşdırılması digər işlərin görülməsi "Hidroenerji quraşdırma" şirkətinin mütəxəssislərinə həvalə olunmuşdur.

Sementin keyfiyyətinin müntəzəm yoxlanılması üçün Almaniya, Fransa, İsveçrə Türkiyənin aparıcı  şirkətlərinin avadanlıqları ilə təchiz olunmuş kimyəvi fiziki  laboratoriya  qurulmuşdur.

Zavodun avtomatik idarəetmə sistemi "Siemens" firması mütəxəssisləri tərəfindən proqramlaşdırılmış, ən müasir avadanlıqlarla təchiz edilmişdir. Əslində bu, beynəlxalq səviyyəli layihədir.

Müstəqil ölkəmizin həyatı üçün xüsusi əhəmiyyəti olan bu mühüm obyektin inşasına 2010-cu ilin mart ayında başlanmışdır. 2012-ci ilin aprel ayının 12-  dövlət  başçısı  İlham Əliyevin bu yerlərə səfəri kollektivin böyük ruh yüksəkliyinə səbəb olmuşdur. Prezident inşaat işlərinin gedişi ilə ətraflı tanış olub  bu mühüm obyektin inşasının vaxtında yüksək keyfiyyətlə başa çatdırılması üçün konkret tövsiyə tapşırıqlar verdi.

Respublikada quruculuq işlərinin getdikcə  genişləndiyini xüsusi  vurğulayan cənab İlham Əliyev dedi ki, "sement  zavodu... ölkə üzrə çox  böyük  bir layihədir. Bu həm ölkə iqtisadiyyatına böyük töhfədir, həm yerlərinin artırılması üçün çox vacibdir, orada yüzlərlə insan işləyəcəkdir. Çalışırıq ki, hər yerdə işlər yaxşı getsin, yerləri açılsın, insanların yaşayış səviyyəsi yüksəlsin gözəl şərait olsun. Bu yol inkişaf deməkdir".

Dövlət başçısının tapşırıqlarına layiqincə əməl edən kollektiv sement istehsalı xətti üzrə inşaat quraşdırma işlərini uğurla başa  çatdıraraq 2013-cü ilin aprel ayında məhsul istehsalına  başlamışdır. Burada istehsal "quru" üsulla  həyata keçirilir. Müəssisənin illik gücü bir milyon tondur.

Bu günlərdə Avey dağında zavodun işi ilə tanış olduq. Çox böyük müəssisədir. Ümumi tikinti kompleksinə 49 bina digər qurğular daxildir. Avtomobil yolu, dəmir yolu, su, qaz elektrik xətləri çəkilib. Sel bəndinin tikintisi s. işlər həyata keçirilib.

Zavod ərazisində işçilər üçün altımərtəbəli dördulduzlu mehmanxana, 250 yerlik müasir avadanlıqlarla təchiz olunmuş yeməkxana, 69 otaqlı beşmərtəbəli inzibati bina tikilib. Məişət   istehsalat  sularının  təmizlənməsi  məqsədilə bakterioloji kompleks quraşdırılıb.

Ən müasir texnologiyadan istifadə olunan zavodda müxtəlif markalı sementin istehsalı uğurla davam etdirilir. Müştəriləri daim yüksək keyfiyyətli məhsulla təmin etmək alıcılarda məmnunluq yaratmaq üçün xammalın istehsal olunan sementin keyfiyyəti zavodun laboratoriyasında müntəzəm yoxlanılır keyfiyyətinə daim nəzarət edilir. Zavodda dedilər ki, ona görə Qazax sementinə tələb ehtiyac böyükdür.

Zavodda kollektivə qayğı ön planda durur. Maliyyə mühasibatlıq bölməsinin rəhbəri Əlif Məmmədov bildirdi ki, hazırda zavodda 700 nəfərdən çox işçi çalışır. Onların 80-90 faizi Qazax qonşu rayonların sakinləridir. Onlar nəqliyyatla isti yeməklə təmin olunurlar.

Qazax Sement Zavodu ahəngdar işləyir. Bununla yanaşı, ikinci növbənin inşasında qızğın gedir. "Hidroenerji Quraşdırma" MMC-nin sahə rəisi Çingiz Əliyev bizi görülən işlərlə tanış edib dedi ki, digər quraşdırma işləri ilə yanaşı, istehsal üçün xüsusi əhəmiyyət daşıyan klinker adlı yarımfabrikatın hazırlanması üçün layihənin quraşdırılması ilə məşğuluq. Zavodun ərazisində klinika binası, uşaqlar böyüklər üçün idman meydançaları başqa obyektlər inşa olunur.

Respublikanın sərhəd bölgəsində çox mühüm bir zavodun inşası başa çatıb, səriştəli kadrlar yetişib, işlər ahəngdar gedir. İlk addımlar uğurludur. Bu hünərvər kollektivin ən böyük uğurları isə hələ öndədir.

 

 

 

Əhməd İSAYEV,

Azərbaycan.-2014.- 5 mart.- S.5.