Prezident İlham Əliyev
Meksikanın Azərbaycanda
yeni təyin olunmuş səfirini qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev martın 1-də Birləşmiş Meksika
Ştatlarının ölkəmizdə yeni təyin
olunmuş fövqəladə və səlahiyyətli səfiri
xanım Marta Elena Barsenanın etimadnaməsini qəbul
etmişdir.
Səfir xanım Marta Elena Barsena fəxri qarovul
dəstəsinin qarşısından keçdi.
Xanım Marta Elena Barsena
etimadnaməsini Prezident İlham
Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti
İlham Əliyev səfirlə söhbət
etdi.
Səfir Marta Elena Barsena
ölkəsinin Azərbaycan ilə müxtəlif sahələrdə,
o cümlədən enerji
sektorunda əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu bildirdi.
AzərTAc
Azərbaycan.-
2014.- 2 mart.- S.1.