Prezident İlham Əliyev Beninin
Azərbaycanda yeni təyin olunmuş
səfirini qəbul etmişdir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev martın 1-də Benin Respublikasının ölkəmizdə yeni təyin olunmuş
fövqəladə və səlahiyyətli səfiri Aniset Qabriel
Kotçofanın etimadnaməsini qəbul etmişdir.
Səfir Aniset Qabriel Kotçofa fəxri qarovul
dəstəsinin qarşısından keçdi.
Aniset Qabriel Kotçofa etimadnaməsini Prezident
İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti
İlham Əliyev səfirlə söhbət
etdi.
Aniset Qabriel Kotçofa
Benin Respublikasının Prezidenti
Boni Yayinin
salamlarını dövlət başçısına
çatdırdı. O, ölkəsinin Azərbaycan ilə
qarşılıqlı tərəfdaşlıq əlaqələrinin
bir sıra istiqamətlərdə, o cümlədən enerji,
elm, təhsil və digər sahələrdə
inkişaf
etdirilməsində maraqlı olduğunu dedi. Səfir diplomatik fəaliyyəti
dövründə ölkələrimiz arasında əlaqələrin
möhkəmləndirilməsi istiqamətində səylərini
əsirgəməyəcəyini bildirdi.
Ölkələrimiz
arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsinin zəruriliyini vurğulayan dövlət
başçısı əlaqələrimizin genişləndirilməsi
üçün yaxşı imkanların
olduğunu dedi.
Prezident İlham Əliyev Benin Respublikasının Prezidenti
Boni Yayinin
salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Benin
dövlətinin başçısına
çatdırmağı xahiş etdi.
AzərTAc
Azərbaycan.-
2014.- 2 mart.- S.1.