Mədəniyyət və Turizm
Nazirliyində İslam Əməkdaşlıq
Təşkilatının baş
katibi ilə görüş keçirilmişdir
Mədəniyyət və Turizm Nazirliyində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi İyad bin Amin Mədəni ilə görüş keçirilmişdir.
AzərTAc
xəbər verir ki, mədəniyyət və turizm naziri
Əbülfəs Qarayev İyad bin Amin Mədənini
İƏT-in baş katibi seçilməsi münasibətilə
təbrik etmişdir.
Azərbaycanın
mədəni həyatı barədə qonağa məlumat verən Ə.Qarayev bildirmişdir ki,
hazırda xalqımız ən əlamətdar
bayramlarından birinə -
baharın gəlişinin rəmzi olan Novruz bayramına
hazırlaşır.
Nazir
İyad bin Amin Mədəninin yeni vəzifəyə təyin
olunandan sonra Azərbaycana səfərini ikitərəfli əməkdaşlığın
yaxşı göstəricisi kimi qiymətləndirmişdir.
İyad
bin Amin Mədəni İƏT-in baş katibi vəzifəsinə
seçkilərdə onu dəstəklədiyinə görə
Azərbaycana minnətdarlığını bildirmiş,
ölkəmizin İƏT çərçivəsində
geniş fəaliyyətini vurğulamış və əməkdaşlığın
davam etdiriləcəyinə ümidvar olduğunu
bildirmişdir.
Görüşdə
Azərbaycan ilə İƏT arasında bir çox sahələrlə
yanaşı, mədəniyyət və turizm sahəsində
də əməkdaşlığı genişləndirmək
məsələlərinə dair fikir mübadiləsi
aparılmışdır.
Baş
katib vurğulamışdır ki, İƏT
torpaqlarının işğaldan azad edilməsinə və ərazi
bütövlüyünün bərpa olunması istiqamətində
Azərbaycan Respublikasının təşəbbüs və
səylərini dəstəkləyir.
Azərbaycan.-2014.- 6 mart.- S.2.