Azərbaycan iqtisadiyyatında sənayeləşmə uğurla gedir

 

İqtisadi sahədə keçid dövrünü başa vuran Azərbaycanda sərbəst bazar münasibətlərinə və inkişaf qabiliyyətinə malik, sosialyönümlüdiversifikasiya olunmuş iqtisadiyyat formalaşıb, dünya təsərrüfat sisteminə inteqrasiya tam təmin edilib. Azərbaycan iqtisadiyyatının tərəqqisinin məhdud sfera üzərində köklənməyərək çoxcəhətli, genişmiqyaslı xarakterə malik olması, ən müxtəlif sahələrdə inkişafın paralel şəkildə getməsi və bir-birini tamamlaması ölkənin kompleks yüksəlişinə böyük töhfələr verərək onu daha da sürətləndirib.

Azərbaycan iqtisadiyyatında əsas yerlərdən birini sənaye istehsalı tutur. Bu gün sənaye Azərbaycan iqtisadiyyatının ən mühüminkişaf etməkdə olan istiqamətlərindən biridir. Yanacaqenergetika, kimya, maşınqayırma, metallurgiya, yeyinti, yüngül və digər sənaye sahələrini özündə birləşdirən bu vacib sahə Azərbaycanda son illərdə daha sürətlə inkişaf etməyə başlayıb. Qeyri-neft sektorunda yaradılan əlverişli investisiya mühiti və aparılan iqtisadi islahatlar ölkəmizdə sənayenin kompleks inkişafını təmin edib. Xüsusən ölkəmizin yeni neft strategiyasının uğurları və neft sənayesinin inkişafı digər istiqamətlərdə də sənaye sahələrinin tərəqqisinə yol açıb. Əvvəllər xarici ölkələrdən idxal olunan bir çox sənaye məhsullarının bir qisminin artıq Azərbaycanda istehsal olunmağa başlanması daxili bazarımızın zənginləşməsinə, idxaldan asılılığımızın aradan qalxmasına imkan yaradıb.

Azərbaycanda sənayenin inkişafı 2013-cü ildə də yüksələn xətlə davam edib. Qeyd edək ki, ötən il ərzində qeyri-neft sektorunda iqtisadi islahatların davam etdirilməsi, ölkənin ixracının şaxələndirilməsi, həmçinin yerli resursxammalla işləyən və ixrac qabiliyyətli məhsullar istehsal edən sənaye komplekslərinin yaradılması, rəqabətədavamlı məhsul istehsalının, eləcə də dövlət əhəmiyyətli müəssisələrin fəaliyyətinin dəstəklənməsi, biznes mühitinin əlverişliyinin artırılması, xariciyerli investisiyaların cəlb edilməsi, özəl müəssisələrin fəaliyyətinə dəstək verilməsi, idxaldan asılılığın azaldılması, gündəlik tələbat malları ilə özünü təminetmə istiqamətində əhəmiyyətli işlər görülüb. Bütün bunlar nəticə etibarilə iqtisadi artıma, o cümlədən sənaye istehsalının çoxalmasına mühüm təkan verib. Təbii ki, bu istiqamətdə əldə edilən uğurlarda innovativ, bilik iqtisadiyyatının formalaşması, özəl sektorun inkişafını təşviq edən və rəqabət mühitini təkmilləşdirən institutlara diqqətin artırılması, ölkə sahibkarlarının maarifləndirilməsi və onların işgüzar əlaqələrinin inkişafı da az rol oynamayıb.

Beləliklə, sənaye məhsulu istehsalı 2012-ci illə müqayisədə ötən il 1,8 faiz artaraq 33,7 milyard manata çatıb. Bunun 74 faiziya 24,9 milyard manatı mədənçıxarma bölməsində, 20,1 faizi, yaxud 6,8 milyard manatı emal bölməsində, 5,3 faiziya 1,8 milyard manatı elektrik enerjisi, qazbuxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində, 0,6 faiziya 218,7 milyon manatı su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal olunub.

Bu sahədə Azərbaycanın son illərdə qazandığı ən mühüm uğurlardan birikosmik və hərbi sənayenin inkişafıdır. Kosmik sənayenin yaradılması Azərbaycanın hərtərəfli inkişafının göstəricisidir. Bu, eyni zamanda, Azərbaycanın müasirləşməsinin, modernləşməsinin, ölkəmizin ən müasir texnologiyalara sahib olmaq niyyətlərinin bariz nümunəsidir. Təbii ki, ölkəmizdə elm və texnikanın ayrı-ayrı istiqamətlərinin tərəqqisinə təkan verəcək kosmik sənayenin yaradılması və ötən il telekommunikasiya peykinin orbitə çıxarılması informasiya-kommunikasiya texnologiyalarının potensialından daha dolğun istifadə üçün möhkəm zəmin yaradacaq.

Müdafiə sənayesinin inkişafı isə Azərbaycan Silahlı Qüvvələrinin məhz daxili istehsal hesabına silah-sursatla təmin olunmasına imkan verib. Bununla yanaşı, Azərbaycan hərbi təyinatlı məhsulların ixracatçısına da çevrilib. Ötən il 2012-ci illə müqayisədə istehsal olunan müdafiə təyinatlı məmulatların həcmi 3,7 faiz artıb. İstehsalı mənimsənilən müdafiə təyinatlı məmulatların çeşidlərinin sayı isə 900-ü ötüb.

Prezident İlham Əliyevin sərəncamı ilə 2014-cü il Azərbaycanda "Sənaye ili" elan edilib. Sərəncamda qeyd olunur ki, son on ildə Azərbaycan iqtisadiyyatının bütün sahələrində olduğu kimi, sənayenin inkişafında da böyük uğurlar qazanılmış, sənaye məhsulları istehsalının həcmi 2,7 dəfə artıb. Bu müddət ərzində rəqabətqabiliyyətli müasir sənaye sahələrinin yaradılması, sənayenin infrastruktur təminatının yaxşılaşdırılması sahəsində çoxsaylı layihələr icra edilmiş, yeni yerləri açılmış, ölkə sənayesi yeni inkişaf mərhələsinə qədəm qoymuşdur.

"Sənaye ili"ndə Azərbaycan sənayesinin inkişafının daha da sürətləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçiriləcək. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrasına həsr olunmuş konfransda Prezident İlham Əliyev bu barədə konkret istiqamətləri göstərib: "Bu il sənaye ilidir. Sənayenin inkişafına xüsusi diqqət göstəriləcəkdir və göstərilir. Texnoparkların yaradılması prosesi sürətlə gedir. Bölgələrdə - Gəncədə, Sumqayıtda, Mingəçevirdə texnoparkın yaradılması nəzərdə tutulmuşdur. Eyni zamanda, hər bir şəhərdə xüsusi sənaye yerləri, sənaye zonaları yaradılmalıdır. Çünki iqtisadiyyatımız, sənaye potensialı, əhali artır".

Fevralın 25-də Prezident İlham Əliyevin Sumqayıt şəhərinə səfəri göstərdi ki, Azərbaycan iqtisadiyyatında sənayeləşmə prosesi uğurla gedir. Dövlət başçısının səfəri zamanı açılışında iştirak etdiyi kağız və karton istehsalat kombinatı, Sumqayıt yağ fabrikimis emalı zavodu Azərbaycanın dinamik inkişafının göstəricisidir. Bu müəssisələrin işə düşməsi Azərbaycanda "Sənaye ili"nin uğurla başlamasının təsdiqi olmaqla həm də onu sübut edir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə yerli xammalla işləyən, ixrac qabiliyyətli məhsullar istehsal edən müasir sənaye komplekslərinin yaradılması, ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində kompleks tədbirlər uğurla davam etdirilir. Ən əsası, əhalinin məşğulluğunun təmin edilməsində, ümumi daxili məhsulun və ixracın artımında mühüm rol oynayacaq bu sənaye müəssisələrinin istifadəyə verilməsi Prezident İlham Əliyevin həyata keçirdiyi inkişaf siyasətinin məntiqi nəticəsidir. Sumqayıt yağ fabrikinin açılışında Prezident İlham Əliyev deyib: "Biz bundan sonra daha da çox çalışmalıyıq ki, Azərbaycanda qeyri-neft sənayesinin inkişafı yüksək sürətlə getsin. Əslində, bu islahatlar artıq uzun illərdir ki, aparılır. Bu islahatlar nəticəsində bu gün Azərbaycan iqtisadiyyatı çoxşaxəli iqtisadiyyatdır. Bizim əsas vəzifəmiz qeyri-neft sektorunun inkişafı, neft amilindən asılılığımızın azaldılması idi. Biz demək olar ki, buna nail ola bilmişik. Hazırda bizim ümumi iqtisadi potensialımızın 55 faizi qeyri-neft sektorunda formalaşır. Əlbəttə, biz gələcəkdə çalışmalıyıq ki, qeyri-neft sənayesinin inkişafı daha da sürətlə getsin. Belə böyük zavodların fəaliyyətə başlaması əlbəttə ki, bu istiqamətdə aparılan siyasətin nəticəsidir".

Azərbaycanda həyata keçirilən iqtisadi siyasətin əsas nailiyyətlərindən biri də ölkədə sənayenin bütün istiqamətlərinin inkişaf etdirilməsidir. Qeyd etdiyimiz kimi, son illərdə bu sahədə xeyli mühüm nəticələr əldə olunub. Qarşıda isə bizi daha böyük hədəflər gözləyir. Prezident İlham Əliyevin müəyyən etdiyi inkişaf xətti məhz həmin hədəflərə çatmağı və Azərbaycanın inkişaf etmiş ölkələrin cərgəsinə qoşulmasını nəzərdə tutur. Bu baxımdan Azərbaycanda neftdən gələn gəlirlərin qeyri-neft sektorunun inkişafına yönəldilməsi təqdirəlayiqdir. Son illərdə bu istiqamətdə olduqca mühüm layihələr reallaşdırılıb. "Sənaye ili"ndə isə yeni müasir sənaye sahələri yaradılacaq ki, bu da ölkəmizdə sənayenin və ümumən iqtisadiyyatın yüksəlişinə böyük təkan verəcək.

 

 

 

Rəşad CƏFƏRLİ,

Azərbaycan.-2014.- 6 mart.- S.3.