2014-cü il
yanvarın 24-də Paris şəhərində
imzalanmış «Azərbaycan Respublikası Hökuməti və
BMT-nin Təhsil, Elm və
Mədəniyyət Təşkilatı arasında Gənc
Peşəkar Əməkdaş (GPƏ) Proqramının təşkili
haqqında Saziş»in
təsdiq edilməsi barədə
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1.
2014-cü il yanvarın 24-də Paris şəhərində
imzalanmış "Azərbaycan Respublikası Hökuməti
və BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı
arasında Gənc Peşəkar Əməkdaş (GPƏ)
Proqramının təşkili haqqında Saziş" təsdiq
edilsin.
2. Azərbaycan
Respublikasının Nazirlər Kabineti bu fərmanın 1-ci
hissəsində göstərilən sazişin müddəalarının
həyata keçirilməsi üçün zəruri tədbirlər
görsün.
3. Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyi həmin
sazişin qüvvəyə minməsi üçün zəruri
olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə
BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatını
xəbərdar etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 6 mart
2014-cü il
Azərbaycan.-2014.- 7 mart.- S.1.