Bakı şəhərinin Xəzər və
Pirallahı rayonlarının inzibati
ərazi bölgüsündə qismən
dəyişikliklər edilməsi haqqında
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 3-cü bəndini rəhbər tutaraq qərara alır:
1.
Bakı şəhəri Xəzər rayonunun Zirə qəsəbə
inzibati ərazi dairəsi tərkibindəki Zirə qəsəbəsinin
inzibati ərazisindən dövlət mülkiyyətində
olan 3200 ha təşkil edən torpaq sahəsi bu qanuna əlavə
edilmiş xəritələrə uyğun olaraq, Bakı şəhəri
Xəzər rayonunun Gürgən qəsəbə inzibati ərazi
dairəsi tərkibindəki Gürgən qəsəbəsinin
inzibati ərazisinə birləşdirilsin.
2.
Bakı şəhəri Xəzər rayonunun inzibati ərazi
bölgüsünə daxil olan Gürgən qəsəbə
inzibati ərazi dairəsi tərkibindəki Gürgən qəsəbəsi
Bakı şəhəri Pirallahı rayonunun inzibati ərazi
bölgüsünə daxil edilsin.
3.
Gürgən qəsəbə inzibati ərazi dairəsi
Bakı şəhəri Xəzər rayonunun tabeliyindən
çıxarılaraq Bakı şəhəri Pirallahı
rayonunun tabeliyinə verilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 3 fevral
2014-cü il
Azərbaycan.-2014.- 7 mart.- S.1.