Azərbaycanın birinci
xanımı Mehriban Əliyeva
2014-cü ilin «Ən nüfuzlu
qadını» adına layiq görülüb
,Fransada fəaliyyət göstərən Ərəb Mədəni İrs Mərkəzi və Misirin "Nefertiti Media Productions" şirkətinin birgə keçirdiyi sorğunun nəticəsinə görə, Azərbaycanın birinci xanımı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva 2014-cü ilin "Ən nüfuzlu qadını" adına layiq görülmüşdür.
Bu barədə Azərbaycanın Fransadakı səfirliyinin mətbuat xidməti məlumat yaymışdır.
Məlumatda bildirilir ki, sorğu 2013-cü il martın 8-dən 2014-cü il yanvarın 10-dək Fransada və ərəb dünyasında tələbələr, jurnalistlər və internet şəbəkəsi istifadəçiləri arasında keçirilmişdir. Sorğu siyahısına dövlət başçıları, iri müəssisə və xeyriyyə təşkilatlarının rəhbərlərinin adları daxil edilmişdir.
Mehriban Əliyeva bu ada UNESCO-nun xoşməramlı səfiri kimi fəaliyyətinə, həmçinin mədəniyyətin təbliği və beynəlxalq mədəniyyət mübadiləsi, elm, səhiyyə, idman, təhsil, texnologiya və ekologiyanın inkişafı işinə verdiyi töhfələrə görə layiq görülmüşdür.
Azərbaycanın birinci xanımının xidmətləri sırasında Bakıda Beynəlxalq Muğam Mərkəzinin yaradılması, valideyn himayəsindən məhrum olmuş uşaqlara yardım göstərilməsi və digər çoxsaylı xeyriyyə aksiyaları da qeyd edilmişdir.
Ərəb Mədəni İrs Mərkəzinin direktoru Rey Əlqətri Belhasusun adından Azərbaycanın Fransadakı səfirliyinə göndərilən məktubda sorğunun nəticələri barədə məlumat verilmişdir.
Əsgər
ƏLİYEV,
AzərTAc-ın xüsusi müxbiri
Paris
Azərbaycan.-2014.- 7 mart.- S.2.