Azərbaycan enerji təhlükəsizliyi baxımından

 Avropa üçün əvəzolunmaz tərəfdaşdır

 

Ölkəmiz artıq regional çərçivədən çıxaraq daha

 böyük əməkdaşlıq məkanında öz maraqlarını təmin edir

 

 

Yeni neft strategiyasının təntənəsi sayəsində respublikamızın adı dünya miqyasında ən sürətlə inkişaf edən ölkələr sırasında çəkilir. "Biz haqlı olaraq neft strategiyamızla fəxr edirik" söyləyən Prezident İlham Əliyev energetika sahəsində əməkdaşlığı regionda sabitlik üçün başlıca amil hesab etməklə enerji təhlükəsizliyində ölkəmizin əsas fiqurlardan biri olduğunu davam etdirdiyi siyasəti ilə bir daha təsdiqləyir. Avropanın enerji təhlükəsizliyinin təminatında qədim Odlar yurdunun xüsusi əhəmiyyəti barədə dövlət başçılarının, siyasətçilərin, xarici mütəxəssislərin söylədikləri fikirlər də bu qənaət üçün əsas yaradır.

Azərbaycanda karbohidrogen ehtiyatlarından xalqın maraqları naminə istifadəsinin əsası ümummilli lider Heydər Əliyevin düşünülmüş siyasətinin nəticəsi kimi "Əsrin müqaviləsi"nin imzalanması ilə qoyulmuşdur. Uzun illər üçün nəzərdə tutulan neft strategiyasının tətbiqi ilə respublikamızın enerji təhlükəsizliyinin təminatındakı rolu və xidmətləri artmışdır. Bu gün reallıq sayılan layihələr o illərdə əfsanəvi ideyalar kimi təqdim edilirdi. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum nəinki Azərbaycanın inkişafını müəyyən etdi, eyni zamanda, bölgədə və regionda tamamilə yeni situasiya yaratdı. Dövlət başçısı İlham Əliyev ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının ölkəmizə qazandırdığı uğurları önə çəkərək bildirib ki, biz bütün imkanlardan istifadə edib daim irəliyə baxmalıyıq. Bir sözlə, bu günün reallıqları ulu öndər Heydər Əliyevin vaxtilə söylədiyi "Əsrin müqaviləsi" ilə qoyduğumuz təməl XXI əsrdə Azərbaycan xalqının inkişafı, firavan həyatı, müstəqil Azərbaycan dövlətinin suverenliyinin daha da möhkəmləndirilməsi üçün gözəl imkan yaradacaq" fikrini təsdiqləyir. Baxmayaraq ki, Azərbaycan malik olduğu təbii resurslara, yerləşdiyi coğrafi məkana görə daim dünyanın diqqətində olub, 1994-cü ildən isə bu maraq daha da artmağa başladı. Ulu öndər Heydər Əliyevin uğurlu daxili siyasəti nəticəsində ölkədə sabitliyin, normal biznes mühitinin formalaşdırılması ilə Azərbaycanla iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlər qoyacaqları investisiyaların təhlükəsizliyinə tam əmin olaraq bu istiqamətdə real addımlar atdılar. İlk dəfə olaraq xarici şirkətlər məhz Azərbaycana Xəzərin enerji ehtiyatlarının birgə istismarı üçün dəvət olundu. Şirkətlər bu məqsədlə investisiyalar qoymağa başladılar. Beləliklə, Xəzər dənizinin nefti müxtəlif yollarla dünya bazarlarına çıxarıldı. Azərbaycan həmçinin qaz ixrac edən ölkəyə çevrildi.

1994-cü ildə "Əsrin müqaviləsi"nin imzalanmasından öncə keçirilən Beynəlxalq "Xəzər neft, qaz, neftayırma və neft kimyası" sərgi-konfransı Azərbaycanın imkanlarının, enerji potensialının dünyaya təqdimatında mühüm rol oynadı. Qeyd edək ki, ötən ilin iyununda beynəlxalq neft-qaz sərgisinin 20-ci ildönümü qeyd olundu. Təbii ki, bugünkü Azərbaycanı 20 il bundan öncəki Azərbaycanla müqayisə etmək qeyri-mümkündür. İqtisadi qüdrətini günbəgün artıran ölkəmizin beynəlxalq münasibətlər sistemində yerirolu artmaqdadır. XX Beynəlxalq "Xəzər neft, qaz, neftayırma və neft kimyası" sərgi-konfransı ilə əlaqədar Prezident İlham Əliyevə ünvanlanan təbrik məktublarında bu gün beynəlxalq aləmə səs salan "Şahdəniz-2" layihəsinin gələcəyinə böyük inam ifadə olunmuşdur. Artıq ötən ilin sonunda layihə üzrə yekun investisiya qərarının imzalanması onun nəzərdə tutulduğundan da geniş coğrafi məkanı əhatə edəcəyinə inamı artırır. ABŞ Prezidenti Barak Obamanın neft-qaz sərgisinin açılışı münasibətilə göndərdiyi təbrik məktubunda qeyd olunan fikirləri yada salaq: "Azərbaycanın təbii sərvətlərinin beynəlxalq bazarlara çıxarılması məqsədilə ötən dövr ərzində qoyulmuş irihəcmli investisiyalar qlobal enerji təchizatının sabitləşdirilməsi işinə xidmət etmiş, Azərbaycanın müstəqilliyi və iqtisadi inkişafına töhfə vermişdir. Azərbaycanın beynəlxalq tərəfdaşları ilə möhkəm münasibətləri sayəsində mühüm enerji layihələri həyata keçirilmişbu layihələr Azərbaycanı dünya bazarının önəmli neft təchizatçısına və regionun mühüm qaz mənbəyinə çevirmişdir. Qarşıdan gələn ildə "Şahdəniz" layihəsinin ikinci fazası və planlaşdırılan Trans-Anadolu qaz kəməri layihəsi Azərbaycanı, eyni zamanda, Avropanın mühüm qaz təchizatçısı mövqeyinə daha da yaxınlaşdıracaqdır".

Böyük BritaniyaŞimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Devid Kemeronun təbrikində isə bildirilmişdir: "Qarşıdan gələn illər ərzində Azərbaycanın enerji ehtiyatları Avropadünya iqtisadiyyatında getdikcə daha mühüm rol oynayacaqdır. Azərbaycan bu ehtiyatların hər kəsin naminə istifadə etdiyi bir dövrdə daha çox əhəmiyyət kəsb edir. 2013-cü il dünya səviyyəli "Şahdəniz" yatağının istismarının davam etdirilməsi və Avropaya yekun kəmər marşrutu üzrə bir sıra mühüm qərarların qəbul edilməsi nəticəsində "Cənub qaz dəhlizi"nin reallaşması baxımından mühüm il olacaqdır". Təbii ki, bugünkü uğurlarımızı, Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatında artan rolunu düzgün dəyərləndirmək üçün hər zaman təhlillərə böyük ehtiyac yaranır.

Prezident İlham Əliyev "Əsrin müqaviləsi"nin imzalandığı dövrün xarakteristikasını belə ifadə edir: "1994-cü ildə Azərbaycan böyük işlərin astanasında idi. Ölkə iqtisadiyyatı o vaxt böyük çətinliklərlə üzləşmişdi. Ölkədə sabitlik yaradılması üçün addımlar atılırdı. Ancaq 1994-cü ildə Azərbaycanın ümumiyyətlə, gələcəyi haqqında birmənalı fikir yox idi: Azərbaycan hansı yollarla inkişaf edəcək? Azərbaycan iqtisadiyyatı nəyin hesabına formalaşacaq? Azərbaycan öz strateji inkişaf yolunu hansı istiqamətdə görür? Bütün bu suallar ölkə qarşısında durmuşdu. O illərdə edilən strateji seçim Azərbaycanın bugünkü uğurlu inkişafını təmin etdi".

Ümummilli lider Heydər Əliyevin qətiyyəti və birmənalı siyasəti nəticəsində Azərbaycan düzgün yol seçdibunun düzgün olmasını Azərbaycanın hazırkı inkişafında görürük. Artıq ənənəvi olaraq keçirilən sərgi-konfranslarda iştirak edən dövlətlərin, şirkətlərin sayının ildən-ilə artması da bir çox məqamlara aydınlıq gətirir.

Azərbaycan bu gün təşəbbüsləri gerçəkliyə çevirən ölkə kimi tanınır və nüfuz qazanır. Dünya enerji bazarında yeddi neft-qaz kəməri ilə iştirak edən, enerji təhlükəsizliyində mövqelərini möhkəmləndirən Azərbaycan çoxşaxəli ixrac-nəqliyyat imkanlarına malik olduğunu dünya birliyinə sübut edir. Xəzər hövzəsinin zəngin enerji potensialına malik ölkəsi kimi tanınan və bölgənin lider dövləti statusunu qoruyan Azərbaycan dünya dövlətləri üçün strateji tərəfdaş kimi qazandığı etimadı yeni layihələrin reallaşmasında göstərdiyi qətiyyəti ilə doğruldur. Avropa Birliyinə daxil olan ölkələrin enerji təminatı üçün nəzərdə tutulan neft-qaz boru kəmərlərinin siyasi, iqtisadi əhəmiyyəti, perspektivi ətrafında aparılan müzakirələrdə də Azərbaycan amilinə xüsusi diqqət yetirilir.

Enerji təhlükəsizliyinin təminatı üçün alternativ variantlar üzərində müzakirələr aparan mütəxəssislərin qeyd etdiyi kimi, bu sahədə baxışları üst-üstə düşən Azərbaycanla əməkdaşlıq tək region, qitə ölkələri üçün deyil, bütünlükdə dünya siyasətini idarə edən nəhəng dövlətlər üçün də əhəmiyyətlidir. Karbohidrogen ehtiyatlarının zənginliyini nəzərə alan, qitələri birləşdirən əlavə layihələrin daha böyük səmərə verəcəyini də əsas prioritet kimi dəyərləndirən ekspertlərin qənaəti belədir ki, alternativ layihələrin gerçəkləşdirilməsinə yönəlmiş ölkələrarası əməkdaşlıq Xəzər dənizində mövcud olan digər mənbələrin tapılmasına da yardımçı olacaq. 200 milyard kubmetr ehtiyata malik "Ümid" yatağının açılması, ondan daha artıq potensialı, perspektivi olan "Babək"lə bağlı proqnozlar ölkəmizə marağı daha da artırıb.

Azərbaycanla Avropa İttifaqı arasında "Cənub qaz dəhlizi haqqında birgə Bəyannamə"nin imzalanması ölkəmizin Avropa təsisatları ilə əməkdaşlığında yeni mərhələ olmaqla Avropa İttifaqı respublikaları ilə münasibətlərinin daha inamla davam etdirilməsi üçün əlavə imkanlar yaradır. Belə bir sənədin imzalanması, enerji layihələrinin şaxələndirilməsi təhlükəsizliyin təminatı üçün əhəmiyyətli olmaqla hasilatçı, istehsalçı və tranzit ölkələr üçün eyni dərəcədə vacibdir. Beynəlxalq ekspertlərin qənaətinə görə, Avropa dövlətlərinin iqtisadi inkişafına təkan verəcək Xəzərin enerji ehtiyatlarının dünya bazarlarına çıxarılması ən sərfəli və əlverişli variantdır. Ölkəmizin enerji resurslarının dünya bazarlarına çıxarılması üçün 3 neft, 4 qaz kəməri mövcud olsa da, Xəzərin təbii ehtiyatları əlavə layihələrin işlənməsi və istismarı üçün də kifayət edər. Mütəxəssislərin araşdırmalarına görə, 2020-ci ildə Avropanın təbii qaza illik tələbatı indiki 500 milyard kubmetrdən 700 milyard kubmetrə çatdırılacaq. Azərbaycana məxsus "Şahdəniz" yatağından çıxarılacaq qazın çox hissəsi alternativ variantlarla Avropaya nəql olunacaq. Qarşıdakı illərdə "Şahdəniz" qazını Avropaya çatdıracaq Trans-Anadolu qaz kəməri bir neçə səbəbə görə tarixi əhəmiyyətə malikdir. Xəzər qazının Avropaya çatdırılması ilə bağlı müzakirələrin regionAvropa Birliyi ölkələri üçün əhəmiyyətini diqqətə çatdıran Prezident İlham Əliyevin bildirdiyi kimi, bu sahədə həmişə lider olan ölkəmiz yenə də faydalı təşəbbüsləri ilə öz sözünü deyir. Azərbaycanın bütün ölkələrlə qarşılıqlı tərəfdaş prinsipinə sadiq olduğunu diqqətə çatdıran dövlət başçısının bildirdiyi kimi, uğurla başa çatdırılacaq TANAP tərəfdaşlar, dost ölkələr, Azərbaycanda fəaliyyət göstərən şirkətlər üçün də açıqdır.

Ötən ilenerji sektorunda mühüm hadisələrlə yadda qaldı. TAP layihəsi əsas ixrac marşrutu seçildi, "Şahdəniz-2" üzrə yekun investisiya qərarı imzalandı. "Şahdəniz-2" layihəsi Azərbaycan və Gürcüstan ərazisi boyunca Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsinə xidmət etməklə Trans-Anadolu və Trans-Adriatik qaz boru kəmərlərinin tikintisi ilə bağlı planların reallaşmasına təkan verəcək, Avropaya yeni qaz dəhlizi açacaq. İnvestisiya qərarının imzalanması mərasimində tarixə bir baxış keçirən dövlət başçısı İlham Əliyev bildirmişdir ki, bu gün 1994-cü ildə əsası qoyulan enerji strategiyasının uğurlarını yaşayırıq.

"Şahdəniz-2" layihəsi üzrə yekun investisiya qərarının imzalanması mərasimində iştirakçıların say tərkibinə və səsləndirilən fikirlərə diqqət yetirdikdə layihənin əhəmiyyəti daha qabarıq şəkildə özünü büruzə verdi. Dövlət başçısı İlham Əliyev imzalanma mərasimində Azərbaycanın dünyanın enerji təhlükəsizliyində artan rolunu önə çəkərək bildirmişdir ki, "Şahdəniz-2" layihəsi regionun və Avropanın enerji xəritəsini dəyişəcək, Azərbaycanın qaz ehtiyatları dünya bazarlarına nəql ediləcək. Bolqarıstan Respublikasının Baş naziri Plamen Oreşarski "Şahdəniz-2" layihəsini Azərbaycandan Avropaya açılan enerji dəhlizi, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili layihəni uzunmüddətli və dayanıqlı çoxtərəfli əməkdaşlığın başlanğıcı kimi dəyərləndirmişdir. Bu fikirxüsusi qeyd edilmişdir ki, son irəliləyişlər, eyni zamanda, 20 il ərzində toplanmış birgə təcrübə səmərəli əməkdaşlıq və nəqliyyat marşrutlarının mənbələrinin, təchizatçıların şaxələndirilməsi üçün zəruri şəraitin yaradılmasının nə dərəcədə əhəmiyyətli olduğunu göstərir.

Azərbaycanın son 20 ildə böyük inkişaf yolu keçdiyi önə çəkilərək imzalanan layihənin ölkəmizin tarixində yeni bir mərhələ olduğu vurğulanır. Ölkəmiz malik olduğu təbii resurslardan səmərəli istifadə etməklə yeni-yeni layihələrin reallığa çevrilməsinə stimul verir. 2006-cı ildə Azərbaycan neftinin Ceyhan terminalına çatması münasibətilə xalqa təbrikində də dövlət başçısı İlham Əliyev bu fikri xüsusi vurğulamışdır ki, "Əsrin müqaviləsi" imzalanmasaydı, bu gün Azərbaycanın iqtisadi imkanlarının, beynəlxalq münasibətlər sistemində yerirolunun hansı səviyyədə olduğunu təsəvvür etmək çətin deyildi. BTC və BTƏ neft-qaz kəmərləri reallaşmasaydı, "Cənub qaz dəhlizi"ndən danışmaq qeyri-mümkün idi. "Əsrin müqaviləsi"ni XX əsrin müqaviləsi kimi dəyərləndirən ölkə Prezidenti "Şahdəniz"in XXI əsrin müqaviləsi olacağını bildirərək bu əminliyi ifadə edir ki, gələcəkdə "Şahdəniz-2" layihəsi hazırda nəzərdə tutulduğundan daha çox coğrafi məkanı əhatə edəcək.

Avropa İttifaqının təmsilçiləri bildirirlər ki, Azərbaycan şaxələndirilmə məsələsinə ilk yol açan ölkədir. Azərbaycanın inkişaf strategiyası qabaqcıl təcrübə kimi nümunə göstərilir. Enerji amilinin gündəlikdə prioritet məsələlərdən biri kimi dayandığını qeyd edən Prezident İlham Əliyev bildirir ki, enerji siyasəti dostluğa və əməkdaşlığa xidmət etməli, xalqları bir-birinə birləşdirməlidir. Avropa İttifaqına daxil olan 27 dövlətin maraqlarına uyğun olan Azərbaycanın enerji siyasəti bölgədə regional əməkdaşlığın genişlənməsi üçün etibarlı təminatdır.

Reallaşan və gündəmə gətirilən layihələr bir daha bu həqiqəti təsdiqləyir ki, Azərbaycan artıq regional çərçivədən çıxaraq daha böyük əməkdaşlıq məkanında öz maraqlarını təmin edir, rolunu artırır. Səmərə verəcək alternativ layihələr üzrə birgə fəaliyyətə də daim hazır olan ölkəmiz öz enerji təhlükəsizliyini təmin etməklə başqa ölkələrin də enerji təhlükəsizliyində iştiraka sadiqdir. Qarşıdakı illərdə də enerji siyasətimizin əsas amili olan şaxələndirmə məsələlərinə tam məsuliyyətlə yanaşmaq imkanları artmaqdadır. "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında neft-qaz hasilatı, nəqli və emalı sistemlərinin tikilməsi, yenidən qurulması, modernləşdirilməsi kimi əhəmiyyətli məsələlərə də xüsusi diqqətlə yanaşılır. İqtisadiyyatın daxili potensial əsasında inkişafını nəzərdə tutan layihələrin tətbiqində neft-qaz emalı, neft-kimya zavodlarından ibarət komplekslərin inşası planlaşdırılır. Bu komplekslərin tətbiqi ilə zəruri investisiyaların cəlb edilməsi, ekoloji normativlərə riayət olunması, son məhsulun istehsalına qədər bütün texnoloji proseslərin zəncirvari qurulması təmin olunacaq. Neft-qaz gəlirlərindən istifadə mexanizmləri təkmilləşdiriləcək.

Prezident İlham Əliyev ölkəmizin daim marağında olan enerji layihələrinin şaxələndirilməsi prinsipinin həmişə diqqətdə saxlanılacağını vurğulamaqla qeyd edir ki, Avropa Azərbaycan qazı üçün mühüm bazara çevriləcək, eyni zamanda, "Cənub" qaz dəhlizi enerji təhlükəsizliyinə xidmət edəcək önəmli layihədir. "Azərbaycandan Avropaya ixrac edilən qazın həcmi sırf "Şahdəniz-2" layihəsi ilə məhdudlaşmayacaq. Çünki bizim 2 trilyon kubmetrdən artıq təsdiqlənmiş qaz ehtiyatımız var. Avropa ölkələrinin bəzilərinin enerji balansında Azərbaycan neftinin payı 30-40 faizə çatır" - söyləyən Prezident İlham Əliyev respublikamızın enerji təhlükəsizliyinin təminatındakı rolunun artmasını neft strategiyasının uğuru kimi dəyərləndirir.

Bu günlərdə Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrasına həsr olunmuş konfransda da dövlət başçısı İlham Əliyev diqqəti Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminatında artan roluna yönəldərək bildirmişdir: "Bu gün Azərbaycan enerji təhlükəsizliyi baxımından qitə üçün əvəzolunmaz tərəfdaşa çevrilibdir. Keçən ilin dekabr ayında XXI əsrin kontraktı imzalanmışdır. "Əsrin kontraktı", yəni, XX əsrin kontraktı uğurla icra edilir, XXI əsrin kontraktı imzalanmışdır... Hazırda bizim liderliyimizlə icra ediləcək nəhəng enerji layihələri Avropanın ən böyük enerjiinfrastruktur layihələridir. Artıq bu sözlər özlüyündə bir göstəricidir. Liderlik yenə də Azərbaycanın əlindədir. Biz inamla irəliləyirik".

 

 

 

Xatirə ƏLİYEVA,

YAP Mətbuat Xidmətinin əməkdaşı

Azərbaycan.-2014.- 7 mart.- S.5.