Naxçıvanın tarixi coğrafiyasına aid yeni faktlar

 

Ölkə Prezidentinin Naxçıvan MR Ali Məclisi Sədrinin tarixi abidələrimizin öyrənilməsinə göstərdikləri diqqət qayğı Azərbaycan tarixinin yeni səhifələrini yazmağa imkan vermişdir.

2013-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun maliyyə yardımı ilə I Kültəpə yaşayış yerində ətrafında aparılan araşdırmalar zamanı xeyli yeni abidə aşkar edilmişdir. Beləliklə, I Kültəpə ətrafındakı Neolit Eneolit abidələrinin sayı, Kültəpə daxil olmaqla, 21-ə çatmışdır. Bu abidələrin birində - Şorsu yaşayış yerində 10x10 metr sahədə qazıntı aparılmışdır. Tədqiqat zamanı müəyyən olunmuşdur ki, yaşayış yerində təbəqə olduqca az saxlanmışdır. Mədəni təbəqə 15-20 santimetr qalınlığında, rəngli çürüntü keramika olan yoğrulmuş bərk torpaq qatından ibarət idi. Təbəqədə daha çox keramika, bəzən isə obsidian çaxmaqdaşı qəlpələri aşkar olunurdu. Lakin obsidian çaxmaqdaşı alətlərin sayı da çox məhdud idi. Tədqiqat zamanı dördkünc formalı ev qalıqları, onların birində döşəməyə basdırılmış iki təsərrüfat küpü aşkar olunmuşdur. Bəzi təsərrüfat küpləri evin içərisində deyil, yaxınlığında yerə basdırılmış halda tapılmışdır. Evin yaxınlığında yerə basdırılmış təsərrüfat küpləri tədqiqatlarımız zamanı Ovçular təpəsindən aşkar olunmuşdur. Belə hesab edirik ki, yaşayış yerindəki hər bir ev ayrıca təsərrüfat vahidi olmuşdur.

Arxeoloji tapıntıların böyük bir qismi keramika məmulatı ilə təmsil olunmuşdur. Hazırlanma texnologiyasına görə onları iki qrupa bölmək olar. Keramika məmulatının böyük bir qismi ikinci qrupa aiddir. Keramika nümunələri hələlik petroqrafik analiz edilməmişdir. Lakin bu qrupdakılar əsasən qum saman qarışığı olan gildən hazırlanmışdır (90,1 faiz). Bununla belə, saman qarışığı bəzi nümunələrdə az, bəzilərində isə çoxdur. Qabların gilinə bəzən iri qum çınqıl da qatılmışdır. Yalnız qum qarışığı olan keramika olduqca azdır (9,9 faiz). Qablar qaba hazırlanmışdır. Onların xarici səthi nahamar kələ-kötürdür. Lakin yaxşı sığallanmış qablar da vardır. Cilalama yoxdur. Onların hamısı əldə hazırlanmışdır. Bəzilərinin ağız kənarları əyri, bəzilərinin üzərində isə əl izləri var. Rəng tonları qırmızı rəngin müxtəlif çalarları ilə təmsil olunub. Rəng çalarları Azərbaycanın cənub rayonlarında olan abidələr, xüsusilə Hacı-Firuz yaşayış yerinin keramikası ilə bənzərdir. Keramika məmulatı küpə, kasa, çölmək, banka, kasa sinilərlə təmsil olunmuşdur.

Məlum olduğu kimi, Azərbaycanın şimal rayonlarında, Şomutəpə tipli abidələrdə başlıca olaraq qumqarışıq keramika üstünlük təşkil etmişdir. İ.H.Nərimanovun fikrinə görə, bu tip keramika başlıca olaraq Kür çayının orta axarlarında yayılmışdır. Şimalda bu tip keramika Dağıstana, cənubda isə Araz çayının ətrafına Ağrı vadisinədək yayılmışdır. Lakin bu abidələrdən fərqli olaraq Naxçıvan abidələrində samanlı keramika üstünlük təşkil edir. Bu, I Kültəpənin Şorsunun keramikasında da izlənir. I Kültəpənin keramikası sıx saman qarışığı olması ilə fərqlənir. İ.Nərimanovun fikrinə görə, Ağrı vadisindən şərqdə qumqarışıq keramika məlum deyil. Bu, həmçinin Naxçıvanda son illərin araşdırmaları ilə təsdiqlənir Cənubi Azərbaycan Mil-Muğan düzünün abidələri ilə bağlanan Naxçıvanın qədim mədəniyyətinin özünəməxsus inkişaf yolu olduğunu təsdiq edir.

Əvvəlki illərdə aparılan araşdırmalar zamanı biz Şorsu keramikasının arxaikliyi ilə fərqləndiyini müşahidə etmişdik. 2013-cü ildə aparılan tədqiqatlar bu ehtimalların düzgün olduğunu təsdiq etdi. Keramika məmulatının tipoloji analizi göstərir ki, Şorsu keramikası başlıca olaraq Urmiya hövzəsi, Şimal-Qərbi İran, Şərqi Anadolu, həmçinin Şərqi Avropanın materialları ilə bənzərdir. Bu abidələr e.ə VI-V minilliklərə aid edilir. Nəzərə alsaq ki, Şorsu keramikasının əksəriyyətinin bənzərləri Neolit abidələrindən məlumdur, o zaman Şorsu yaşayış yerini e.ə. VI minilliyin ikinci yarısı sonu ilə tarixləndirmək olar.

 

I Kültəpə ətrafında yerləşən arxeoloji abidələrin araşdırılması göstərir ki, ölkəmizin qədim sakinləri ətraf mühitlə yaxşı tanış imişlər ehtimal ki, köçəri həyatı mənimsəmişdilər. Xatunarx yaşayış yerinin tədqiqi zamanı köçmə maldarlığa keçidlə bağlı faktlar aşkar olunsa da, Şorsuda hələlik maldarlıqla bağlı maddi-mədəniyyət nümunələri aşkar olunmamışdır. Ehtimal ki, istehsal təsərrüfatının mövcudluğu şəraitində yığıcılıq da təsərrüfatda əsas rol oynamışdır. Naxçıvan ərazisinin yabanı taxıl növləri faydalı qazıntılarla zəngin olması da bunu təsdiq edir.

Naxçıvanın Neolit Eneolit abidələrinin tədqiqi Naxçıvanın tarixi coğrafiyası ilə bağlı maraqlı faktları da ortaya çıxarmışdır. Yaşayış yerlərindən aşkar olunan arxeoloji materialların bir qismi obsidian əmək alətlərindən ibarətdir. Alətlərin hazırlanmasında şəffaf qeyri-şəffaf obsidiandan istifadə olunmuşdur. Naxçıvanın qədim sakinləri obsidianı Göyçə gölü hövzəsində yerləşən Göyəm, Göyhasar yataqlarından Naxçıvanın yaxınlığındakı Sünikdən əldə etmişlər. Lakin İrəvan yaxınlığında, Ağrı vadisində yerləşən qədim yaşayış yerləri başlıca olaraq indiki Ermənistanın qərbində yerləşən yataqlardan istifadə etmişlər. Göyçə gölü hövzəsindəki yataqlar Naxçıvanda yaşayan tayfaların nəzarətində olmuşdur. Naxçıvanın şimalında, Sünikdə yerləşən yataqlardan çıxarılan obsidian Naxçıvan vasitəsilə Azərbaycanın Arazdan cənubda yerləşən bölgələrinə yayılmışdır. Araşdırmalar göstərir ki, Urmiya hövzəsinin yaşayış yerlərində Mərənd Kültəpəsində başlıca olaraq Sünik obsidianı istifadə edilmişdir. Sünik obsidianından istifadə göstərilən abidələrdə 90 faiz təşkil edir. Ehtimal ki, Şorsu çayı boyunca yerləşən çoxsaylı Eneolit abidələri ölkəmizin qədim sakinlərinin xammal mənbələrinə doğru irəlilədiyi yolu göstərir. Araşdırmalara əsaslanaraq demək olar ki, Naxçıvanın qədim tarixi coğrafiyası Göyçə hövzəsi daxil olmaqla Qərbi Azərbaycanın böyük bir qismini Arazdan cənubdakı əraziləri əhatə etmişdir. Tarixi inkişafın sonrakı dövründə, xüsusilə e.ə. I minillikdə Naxçıvan əhalisinin Göyçə ətrafında yaşayan tayfalarla vahid ittifaq halında birləşməsi bunu təsdiq edir.

 

 

 

Vəli BAXŞƏLİYEV,

AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru

Azərbaycan.-2014.- 7 mart.- S.7.