«Heydər Əliyev» ordeninin
təsis edilməsi haqqında» Azərbaycan
Respublikasının 2005-ci il 22 aprel tarixli 896-IIQ nömrəli
Qanununda dəyişikliklər edilməsi
barədə
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 9-cu bəndini rəhbər tutaraq qərara alır:
"Heydər Əliyev" ordeninin təsis edilməsi haqqında" Azərbaycan Respublikasının 2005-ci il 22 aprel tarixli 896-IIQ nömrəli Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, ¹ 4, maddə 291) aşağıdakı dəyişikliklər edilsin:
1. Həmin qanunla təsdiq edilmiş "Heydər Əliyev" ordeninin təsviri"ndə:
1.1. birinci hissədə "və nişandan" sözləri ", nişandan və döş nişanından" sözləri ilə əvəz edilsin;
1.2. on dördüncü hissə
ləğv edilsin;
1.3. aşağıdakı məzmunda on beşinci - iyirmi üçüncü
hissələr əlavə
edilsin:
"Heydər Əliyev" ordeninin döş nişanı üzərinə
ağ mina çəkilmiş dördguşəli
ornament şəklində altlıqdan
ibarətdir. Altlığın dörd guşəsinin
hər birində yerləşən səkkizguşəli
ulduz formalı elementin hər birinə 1 ədəd brilyant daş bərkidilir.
Altlığın üzərində, guşələri
altlığın guşələrinə
çarpaz olmaqla, göy minalı dördguşəli ornamentli
lövhə yerləşdirilir. Göy minalı
ornamentin dörd guşəsinin hər birinə 1 ədəd brilyant daş bərkidilir.
Döş nişanının mərkəzində
tünd qırmızı
mina ilə örtülmüş
lövhə, lövhənin
mərkəzində Heydər
Əliyevin barelyefi yerləşir. Barelyef çarpazlaşmış, kvadratşəkilli iki çərçivə ilə
haşiyələnir. Hər çərçivəyə 56 ədəd brilyant daş bərkidilir.
Döş nişanı 28 mm x 28 mm ölçüdədir,
arxa hissəsinə seriyası və nömrəsi həkk olunur.
Döş nişanı paltara bərkidilmək üçün
elementi olan 23 mm x 16 mm
ölçülü lövhəyə
halqa və ilgək vasitəsilə birləşdirilir. Lövhənin mərkəzində qabarıq
hərflərlə yazılmış
"HEYDƏR ƏLİYEV" sözlərindən
yuxarıda və aşağıda, hər sırada 14 ədəd olmaqla, lövhənin qabarıq kənarları boyunca 28 ədəd brilyant daş bərkidilir.
Döş nişanına paltara
bərkidilmək üçün
elementi olan
24 mm x 9 mm ölçülü qəlib əlavə olunur. Qəlib Azərbaycan Respublikası
Dövlət bayrağının
rənglərini əks
etdirən və hər birinin eni 8 mm olan üç
şaquli zolaqdan ibarət lentlə örtülür. Qəlibin mərkəzinə
"Heydər Əliyev"
ordeninin döş nişanının formasına
uyğun, Heydər Əliyevin barelyefi yerləşdirilmiş hissəsi
tünd qırmızı
mina ilə örtülmüş,
6 mm x 6 mm ölçülü hissə bərkidilir.
Döş nişanı 585 və 999 əyarlı qızıldan hazırlanır.
Ordenin hazırlanmasında 925 əyarlı
533,3 qram gümüşdən, 999 əyarlı
3,9 qram gümüşdən,
585 əyarlı 25 qram
qızıldan, 750 əyarlı
57,4 qram qızıldan,
999 əyarlı 6,5 qram
qızıldan, cəmi
0,83 karatlıq 8 brilyant
daşdan, cəmi 5,3 karatlıq 224 brilyant daşdan, cəmi 1,37 karatlıq 95 brilyant daşdan, cəmi 0,23 karatlıq 116 brilyant daşdan, cəmi 0,032 karatlıq 4 brilyant daşdan, ümumən 447
brilyant daşdan istifadə olunur.
Ordenin hazırlanmasında istifadə
olunmuş qiymətli metalların və qiymətli daşların çəkisi (texnoloji proses zamanı yarana biləcək fərqlər nəzərə
alınmaqla) və miqdarı ordenin əmtəə sertifikatında
göstərilir.".
2. "Heydər Əliyev" ordeninin döş nişanının bu qanuna əlavə olunmuş rəngli təsviri "Heydər Əliyev" ordeninin təsis edilməsi haqqında" Azərbaycan
Respublikasının 2005-ci il 22 aprel tarixli 896-IIQ nömrəli
Qanununa əlavə edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 fevral
2014-cü il
Azərbaycan.-2014.- 8 mart.- S.2.