ABŞ konqresmeni Bil Şuster Xocalı faciəsinin
22-ci
ildönümü ilə əlaqədar bəyanat vermişdir
ABŞ Konqresindəki Azərbaycan üzrə İşçi Qrupun həmsədri, konqresmen Bil Şuster Xocalı faciəsinin 22-ci ildönümü ilə əlaqədar bəyanat vermişdir.
B.Şuster
Xocalı faciəsi qurbanlarının xatirəsini yad etmiş
və bu qətliamın miqyasının aparıcı beynəlxalq
media qurumlarının hesabatlarında öz əksini
tapdığını bildirmişdir.
Konqresmen
bəyanatında Azərbaycanın ABŞ-ın güclü
strateji müttəfiqi olduğunu xüsusi
vurğulamışdır.
Yusif BABANLI,
AzərTAc-ın xüsusi müxbiri
Vaşinqton
Azərbaycan.-2014.- 8 mart.- S.2.