Torpaq və Xəritəçəkmə
Komitəsinin
sədri Lənkəranda vətəndaşları
qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu davam edir.
AzərTAc xəbər verir ki, martın 7-də Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində cənub bölgəsindən olan vətəndaşları qəbul etmişdir. Komitənin şöbə və struktur rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda Lənkəranla yanaşı, Astara, Masallı, Lerik, Yardımlı və Cəlilabad rayonlarından olan 50-yə yaxın sakinin müraciəti dinlənilmişdir.
Vətəndaşların müraciətləri əsasən torpaq islahatı zamanı bəzi pay torpaqlarının bölüşdürülməsi, həyətyanı sahələrin, o cümlədən yaşayış massivinin meşə fondu ərazilərinə düşməsi, torpaq islahatı ilə bağlı müvafiq sənədlər tərtib edilərkən müəyyən texniki qüsurlara yol verilməsi və torpaqla bağlı digər məsələlərə aid olmuşdur.
Müraciətlərdə qaldırılan məsələlər bilavasitə komitəyə aid olduğu hallarda, mütəxəssislər tərəfindən yerlərdə ölçmə işləri aparılaraq torpaq sahələri həmin vətəndaşlara təkrarən tanıdılmışdır.
Müvafiq orqanların
iştirakı ilə zəruri araşdırma tələb edən
müraciətlər isə qeydiyyata
götürülərək aidiyyəti qurumlara
göndərilmişdir.
Azərbaycan.-2014.- 8 mart.- S.4.