İlham Əliyev Beynəlxalq Sülh İnstitutunun prezidentinin

 başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

 

 

Prezident İlham Əliyev ABŞ-ın Nyu-York şəhərində yerləşən Beynəlxalq Sülh İnstitutunun prezidenti Terye Röd-Larsenin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Görüşdə regionda sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi ilə bağlı mövcud vəziyyət, bu istiqamətdə beynəlxalq və regional əməkdaşlığın inkişaf etdirilməsi məsələlərİ ətrafında fikir mübadiləsi aparıldı.

 

Azərbaycan.-2014.- 12 mart.- S.1.