İ.A.Məmmədova general-mayor
hərbi rütbəsinin verilməsi
haqqında Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbinin rəisi İlqar Aydın oğlu Məmmədova general-mayor hərbi rütbəsi verilsin.
İlham Əliyev
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
8 mart 2014-cü il.
Azərbaycan.-2014.- 12 mart.- S.1.