Təhsil naziri Goranboyda vətəndaşları qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşları qəbul edir, onların qarşılaşdıqları problemlərin həllinə kömək göstərirlər.
AzərTAc xəbər verir ki, təhsil naziri Mikayıl Cabbarov növbəti qəbulunu martın 11-də Goranboyda keçirmiş, Goranboyla yanaşı Gəncə, Naftalan, Daşkəsən, Göygöl, Samux və Xocalı sakinlərini qəbul edərək onların arzu, təklif və şikayətlərini dinləmişdir. Müraciətlər əsasən ali təhsil, tələbələrin ali və orta ixtisas məktəblərindən digərinə köçürülməsi, məktəbdaxili kurs dəyişikliyi, müəllim yerdəyişmələri, işlə təminat, ali təhsil müəssisələrində ödəniş problemləri və sair məsələlərlə bağlı olmuşdur.
Nazir Mikayıl Cabbarov qəbula gələn hər bir vətəndaşı fərdi olaraq dinləmiş, qaldırılan məsələlərin
həlli üçün müvafiq
tapşırıqlar vermişdir. Bəzi
məsələlər araşdırılması məqsədilə
nəzarətə götürülmüşdür.
Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər
isə aidiyyəti orqanlara çatdırılması
üçün qeydiyyata
alınmışdır.
Azərbaycan.-2014.- 12 mart.- S.4.