Əmlak Məsələləri Dövlət
Komitəsinin
sədri Mingəçevirdə
bölgə sakinlərini qəbul etmişdir
Prezident İlham Əliyevin tapşırığına əsasən mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin həllinə kömək edirlər.
AzərTAc xəbər verir ki, növbəti belə qəbul martın 11-də Mingəçevirdəki Heydər Əliyev Mərkəzində keçirilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Mingəçevir şəhərindən, Yevlax, Ağdaş, Bərdə və Tərtər rayonlarından olan vətəndaşları qəbul edərək onların şikayət və təkliflərini dinləmişdir. Qəbul zamanı müraciətlər əsasən daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatı, dövlət əmlakının özəlləşdirilməsi, icarəyə verilməsi və digər məsələlərlə bağlı olmuşdur. Qəbulda 50-yə yaxın vətəndaş iştirak etmişdir.
Komitə sədri qəbula gələn
hər bir vətəndaşın
müraciətini ayrı-ayrılıqda dinləyərək qurumun səlahiyyətinə aid
məsələlərin həlli üçün
struktur bölmələrinin rəhbərlərinə
müvafiq tapşırıqlar vermişdir. Müraciətlərdə
qaldırılan bir sıra məsələlər
qanunvericiliyə uyğun olaraq
yerindəcə həllini tapmışdır. Həmçinin vətəndaşlara
hüquqi qaydalar izah olunmuş və
araşdırma tələb edən müraciətlər nəzarətə
götürülmüşdür. Komitənin
səlahiyyətlərinə aid olmayan müraciətlər isə
baxılması və müvafiq tədbirlər
görülməsi məqsədilə əlaqədar qurumlara çatdırılmaq üçün
qeydiyyata alınmışdır.
Azərbaycan.-2014.- 12 mart.- S.4.