«Dövri mətbuat, kitab nəşri, kitab
yayımı və poliqrafiya sahəsində
əməkdaşlıq üzrə Dövlətlərarası
Şuranın yaradılması haqqında» 1999-cu il 4 iyun tarixli
Sazişə əlavə və dəyişikliklər edilməsi
barədə» 2013-cü il mayın 31-də
Minsk şəhərində
imzalanmış Protokolun təsdiq edilməsi
haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. "Dövri mətbuat, kitab nəşri, kitab yayımı və poliqrafiya sahəsində əməkdaşlıq üzrə Dövlətlərarası Şuranın yaradılması haqqında" 1999-cu il 4 iyun tarixli Sazişə əlavə və dəyişikliklər edilməsi barədə" 2013-cü il mayın 31-də Minsk şəhərində Azərbaycan Respublikası Hökumətinin qeyd-şərtlə imzaladığı Protokol təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu fərmanın 1-ci hissəsində göstərilən Protokolun müddəalarının həyata keçirilməsi üçün tədbirlər görsün.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həmin Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsini xəbərdar etsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
6 mart 2014-cü il
Azərbaycan.-2014.- 13 mart.- S.1.