«Rəsmi statistika sahəsində əməkdaşlıq haqqında»

 Sazişin təsdiq edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

Müstəqil Dövlətlər Birliyi Hökumət Başçıları Şurasının 2013-cü il  31 may tarixli iclasında imzalanmış "Rəsmi statistika sahəsində əməkdaşlıq haqqında" Saziş Azərbaycan Respublikasının ona dair qeyd-şərti ilə təsdiq edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 Bakı şəhəri, 14 fevral 2014-cü il

Azərbaycan.-2014.- 13 mart.- S.1.