«Azərbaycan Respublikası Hökuməti
və Peru Respublikası Hökuməti
arasında diplomatik və xidməti/xüsusi
pasportlara malik olan şəxslərin viza
tələbindən azad edilməsi
haqqında» Sazişin təsdiq edilməsi
barədə
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
"Azərbaycan Respublikası Hökuməti və Peru Respublikası Hökuməti arasında diplomatik və xidməti/xüsusi pasportlara malik olan şəxslərin viza tələbindən azad edilməsi haqqında" 2013-cü il sentyabrın 24-də Nyu-York şəhərində imzalanmış Saziş təsdiq edilsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 3 fevral 2014-cü il
Azərbaycan.-2014.- 13 mart.- S.1.