«Azərbaycan Respublikası Hökuməti
və Türkiyə Respublikası Hökuməti arasında
kombinə edilmiş
yükdaşımaları haqqında» Sazişin
təsdiq edilməsi barədə
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
"Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında kombinə edilmiş yükdaşımaları haqqında" 2013-cü il noyabrın 13-də Ankara şəhərində imzalanmış Saziş təsdiq edilsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 3 fevral 2014-cü il
Azərbaycan.-2014.- 13 mart.- S.1.