«Azərbaycan Respublikası Hökuməti
və Türkiyə Respublikası Hökuməti arasında işçi qüvvəsinin
qarşılıqlı əmək fəaliyyətinə dair» Sazişin təsdiq
edilməsi haqqında
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
"Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında işçi qüvvəsinin qarşılıqlı əmək fəaliyyətinə dair" 2013-cü il noyabrın 13-də Ankara şəhərində imzalanmış Saziş təsdiq edilsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
3 fevral 2014-cü il
Azərbaycan.-2014.- 13 mart.- S.1.