Bəhram Mehrəli oğlu Əsgərov

 

Azərbaycanın elmi pedaqoji ictimaiyyətinə ağır itki üz vermişdir. Fizika sahəsində tanınmış alim, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, əməkdar elm xadimi, dövlət mükafatı laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, fizika-riyaziyyat elmləri doktoru, Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Bəhram Mehrəli oğlu Əsgərov 2014-cü il martın 12-də ömrünün 81-ci ilində vəfat etmişdir.

Bəhram Əsgərov 1933-cü il oktyabr ayının 5-də Tovuz rayonunun Əhmədabad kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1952–1957-ci illərdə Azərbaycan Dövlət Universitetinin fizika fakültəsində ali təhsil almışdır. O, 1957-ci ildə fizika ixtisası üzrə aspiranturaya daxil olaraq, 1960-cı ildə SSRİ Elmlər Akademiyasının Leninqrad şəhərində yerləşən Yarımkeçiricilər İnstitutunun aspiranturasını bitirmişdir.

Əmək fəaliyyətinə 1960-cı ildən etibarən Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda başlayan Bəhram Əsgərov 1966-cı ilədək həmin institutda kiçik elmi işçi böyük elmi işçi vəzifələrində çalışmışdır. O, 1966-cı ildən Azərbaycan Dövlət Universitetinin dosenti, 1972-ci ildən isə professoru idi. Bəhram Əsgərov 1971-ci ildə universitetdə qurduğu bərk cisimlər fizikası kafedrasına ömrünün sonunadək rəhbərlik etmiş, 1994–2004-cü illərdə Bakı Dövlət Universitetinin elmi işlər üzrə prorektoru rektor əvəzi işləmişdir.

Bəhram Əsgərov 1962-ci ildə Leninqrad şəhərində namizədlik 1971-ci ildə doktorluq dissertasiyalarını müdafiə etmiş, 1972-ci ildə professor elmi adını almışdır. O, 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2007-ci ildə isə həqiqi üzvü seçilmişdir.

Akademik Bəhram Əsgərov uzun illər ərzində zəngin elmi-pedaqoji fəaliyyəti ilə ölkəmizdə elmin təhsilin inkişafına töhfələr vermişdir. Onun Azərbaycanda fizika sahəsində aparılan tədqiqatların əsas istiqamətlərinin müəyyənləşməsində mühüm xidmətləri vardır. Bərk cisimlər fizikasına dair kompleks araşdırmalarında tanınmış alim yarımkeçiricilərdə termomaqnit hadisələrinin kvant nəzəriyyəsinin əsasını təşkil edən yeni metodlar təklif etmiş, kinetik effektlər nəzəriyyəsi ilə bağlı bir çox məsələlərin həlli üzərində ardıcıl çalışaraq onların geniş şərhini verməyə müvəffəq olmuşdur. Alimin gəldiyi qənaətlər həmişə aktuallığı, fundamental-nəzəri tətbiqi əhəmiyyəti ilə səciyyələnmişdir.

Bəhram Əsgərov elmi yaradıcılığını özünün səmərəli pedaqoji fəaliyyəti ilə ahəngdar şəkildə uzlaşdırırdı. O, Bakı Dövlət Universitetində qırx ildən artıq bir müddətdə yüksəkixtisaslı kadrların hazırlanması üçün bilik bacarığını əsirgəmədən böyük qüvvə sərf etmişdir. Onun rəhbərliyi ilə 10-dan artıq fəlsəfə elmlər doktoru yetişdirilmişdir. Alimin çoxillik zəhmətinin məhsulu olan silsilə araşdırmalarının nəticələri ölkəmizdə onun hüdudlarından kənarda çap edilmiş 150-yə yaxın elmi əsərdə, 5 monoqrafiyada bir sıra dərsliklərdə əksini tapmışdır. Mötəbər beynəlxalq forumlarda o, Azərbaycan elmini layiqincə təmsil etmişdir.

Akademik Bəhram Əsgərovun elmi pedaqoji fəaliyyəti daim yüksək qiymətləndirilmişdir. O, 1974-cü ildə Azərbaycan Respublikasının dövlət mükafatına layiq görülmüş, 2000-ci ildə Azərbaycanda elmin inkişafındakı xidmətlərinə görəƏməkdar Elm Xadimifəxri adını almış, 2004-cü ildə müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından olanŞöhrətordeni ilə təltif edilmişdir.

Tanınmış alim, mahir pedaqoq səmimi insan Bəhram Mehrəli oğlu Əsgərovun xatirəsi onu tanıyanların qəlbində hər zaman yaşayacaqdır.

 

Allah rəhmət etsin!

 

İlham Əliyev

Artur Rasizadə

Oqtay Əsədov

Ramiz Mehdiyev

Elçin Əfəndiyev

Hacıbala Abutalıbov

Akif Əlizadə

Fatma Abdullazadə

Mikayıl Cabbarov

Arif Mehdiyev

Akif Hacıyev

Arif Paşayev

Abel Məhərrəmov

 

Azərbaycan.-2014.- 13 mart.- S.4.