Dövlət sosial müdafiə fondunun

sədri Saatlıda vətəndaşları qəbul etmişdir

 

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyəsi ilə mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərdə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün operativ tədbirlər görürlər.

AzərTAc xəbər verir ki, martın 12-də dövlət sosial müdafiə fondunun sədri Elman Mehdiyev Saatlıda Hacıqabul, Sabirabad, Saatlı, Salyan, Neftçala, Biləsuvar və Cəbrayıl rayonlarından olan vətəndaşları qəbul etmişdir.

Fondun struktur rəhbərlərinin iştirakı ilə keçirilən qəbul zamanı Aran bölgəsindən olan vətəndaşların şikayət və müraciətləri dinlənilmişdir. Müraciətlər əsasən sosial sığorta və pensiya təminatı, sosial sığorta stajının müəyyənləşdirilməsi, həmçinin əmək pensiyası növünün dəyişdirilməsi və digər məsələlərlə bağlı olmuşdur.

Vətəndaşların müraciətlərində qaldırılan məsələlər müvafiq struktur rəhbərlərinin iştirakı ilə araşdırılmış, onlardan bəziləri yerindəcə həllini tapmışdır. Fondun səlahiyyətlərinə aid olmayan müraciətlər əlaqədar icra orqanlarına çatdırılması üçün qeydə alınaraq nəzarətə götürülmüşdür.

 

Azərbaycan.-2014.- 13 mart.- S.4.