Əmək və əhalinin sosial müdafiəsi naziri

Şirvanda vətəndaşları qəbul etmişdir

 

 

Martın 12-də əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov nazirliyin Şirvan Şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzinin inzibatı binasında bu şəhərdən, eləcə də Hacıqabul, Saatlı və Sabirabad rayonlarından olan vətəndaşları qəbul etmişdir.

AzərTAc xəbər verir ki, sakinlərin müraciətləri əsasən ünvanlı dövlət sosial yardımlarının təyinatı, nazirliyin bərpa müəssisələrinə göndərişlərin, sanatoriya-kurort yollayışlarının, əlillik dərəcələrinin verilməsi, mənzil, əlil arabası və avtomobil ilə təminat və digər məsələlərlə bağlı olmuşdur.

Müraciətlərdə qaldırılan bəzi məsələlər yerindəcə həllini tapmış, digərləri isə araşdırılması üçün qeydiyyata götürülmüşdür. Nazir Səlim Müslümov vətəndaşların qaldırdıqları bütün məsələlərin obyektiv və ədalətli şəkildə araşdırılaraq konkret tədbirlər görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə göstəriş vermişdir.

Qəbul zamanı nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər qeydə alınaraq müvafiq orqanlara çatdırılması üçün nəzarətə götürülmüşdür.

 

Azərbaycan.-2014.- 13 mart.- S.4.