“ADA” Universitetində məktəb direktorlarının “Orta məktəb direktorluğunda liderlik bacarıqları və dünya təcrübəsi” mövzusunda birinci forumu keçirilmişdir

 

 

“ADA” Universitetində məktəb direktorlarının “Orta məktəb direktorluğunda liderlik bacarıqları və dünya təcrübəsi” mövzusunda birinci forumu keçirilmişdir.

“ADA” Universitetinin kommunikasiya departamentindən AzərTAc-a bildirmişlər ki, forumun açılış mərasimində “ADA” Universitetinin rektoru, səfir Hafiz Paşayevbu təhsil müəssisəsinin tədris işləri üzrə prorektoru doktor Patrik Kvin iştirak etmişlər.

Forumda “ADA” Universitetinin Dəqiq və Humanitar Elmlər İnstitutunun dekanı, doktor Vəfa Kazdal “ADA” Universitetinin təhsil modeli: nəyi və nə üçün bölüşürük?” mövzusunda çıxış etmişdir.

İştirakçılar “ADA” Universitetinin dərəcə proqramları və təhsil imkanları ilə tanış olmuşlar.

Forum çərçivəsində ABŞ-ın nüfuzlu Miçiqan Dövlət Universitetinin nümayəndəsi, doktor Barbara MarkleŞimali Amerikanın təhsil sistemində yeni yanaşmalar: direktorluqda menecerlikdən liderliyə doğrumövzusunda çıxış etmiş, məktəblərin düzgün idarəedilməsi haqqında fikirlərini bölüşmüşdür.

Təhsil üzrə məsləhətçi, doktor Asəf Cahangirov “Məktəb direktorları təhsil islahatlarında aparıcı rol oynayan şəxslər qismində” mövzusu üzrə danışmışdır.

Sonra suallar cavablandırılmışdır.

 

Azərbaycan.-2014.- 13 mart.- S.5.