Heydər Əliyev
Fondu və Heydər Əliyev Mərkəzinin birgə layihəsi
çərçivəsində muğamsevərlər
üçün "Muğam haqqında əlyazmalar
toplusu" nəşr edilib
Heydər
Əliyev Fondu və Heydər Əliyev Mərkəzinin birgə
layihəsi çərçivəsində muğamsevərlər
üçün "Muğam haqqında əlyazmalar
toplusu" nəşr edilib.
Fonddan Trend-ə verilən məlumata görə, topluya Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun xəzinəsində saxlanılan musiqiyə həsr olunmuş əlyazmalar daxildir.
Üç kitabdan
ibarət topluya yeddi əsər
daxil edilib. Birinci kitab "Behcətür-ruh"dur. Müəllifin
fars dilində
yazdığı və
musiqi elmi haqqında bir risalə kimi təqdim etdiyi kitabda musiqiyə dair dəyərli bilgilərlər yer alıb. Hazırda əsərin Azərbaycan,
İran, İngiltərə,
Rusiya və başqa ölkələrin
əlyazma xəzinələrində
saxlanılan və bir-birindən fərqlənən
nüsxələri uzun
müddətdir ki, mütəxəssislər və
muğamsevər oxucular
üçün qiymətli
bir məlumat mənbəyinə çevrilib.
İkinci kitab "Musiqi haqqında risalələr"
adlanır. Bu kitaba
5 risalə daxildir.
Məşhur Azərbaycan alimi
Mir Möhsün Nəvvaba
məxsus ilk risalənin
XIX əsrin sonlarında
yazıldığı güman
edilir. Risalənin mətni cədvəllər
əsasında izahla müşayət olunur.
Əmir xan Kövkəbi Gürci və digər naməlum müəlliflərin yazdığı
digər risalələrdə
muğamın yaranma tarixi, musiqi nəzəriyyəsinə və
ifaçılıq sənətinə
dair maraqlı məlumatlar verilir. Musiqi elminin əsaslarından bəhs edən risalələrdə muğamın
pərdələri və
şöbələrinin bürclərə,
planetlərə, ilin dörd fəslinə nisbət verilməsi haqqında məlumatlar cədvəllərlə göstərilib,
ritmlərin, çalğı
alətlərinin öyrənilməsinə
fəsillər ayrılıb.
"Muğam üstündə
oxunan şeirlər" adlanan
3-cü kitabda Pirinin, Hüdayinin, Yunus Əmrənin,
Zakirinin, Dərviş Osmanın, Qasiminin, Əşrəf oğlu
Ruminin, Əhmədin və digər məşhur
Osmanlı türk şairlərinin
şeirləri toplanıb.
Azərbaycan.-2014.- 13 mart.- S.5.