İsrailin “Birinci radio” kanalı
Azərbaycana bir saatlıq veriliş həsr etmişdir
İsrail
sakinləri arasında
çox populyar olan “Birinci radio” kanalı “Kəskin qoyulmuş məsələ”
verilişinin martın
10-da efirdə səslənmiş
bir saatlıq buraxılışı bütünlüklə
Azərbaycana həsr edilmişdir.
“İsrail-Azərbaycan” Beynəlxalq
Assosiasiyasından (“Azİz”)
AzərTAc-a verilmiş
məlumata görə,
həmin verilişdə
müasir mərhələdə
Azərbaycan Respublikasının
inkişafı, Dağlıq
Qarabağ münaqişəsinin
dinc yolla həlli üçün Azərbaycanla Ermənistan
arasında danışıqların
vəziyyəti, Xocalı
qırğını, Azərbaycanın
xarici siyasət strategiyası, İsrail-Azərbaycan
tərəfdaşlığı, Azərbaycan paytaxtının
sürətli inkişafı
məsələlərindən bəhs edilmişdir.
Xatırladaq ki, İsrailin tanınmış radioaparıcısı
Mark Kriçevski iki həftə bundan əvvəl “Azİz” assosiasiyasının idarə
heyətinin üzvü
Arye Qutun təşəbbüsü, habelə
Xaricdə təhsil alan və
məzun olmuş azərbaycanlı tələbələrin
Beynəlxalq Forumunun
(ASAİF) rəhbəri Ramin
Hakimovun dəstəyi
və köməyi ilə Bakıya ezam edilmişdi. Azərbaycan Respublikası haqqında bir saatlıq radio verilişi həmin səfərinin nəticələrinə
əsasən hazırlanmışdı.
Azərbaycan Respublikası Prezidenti
Administrasiyasının Siyasi
təhlil və informasiya təminatı şöbəsinin müdiri
Elnur Aslanov İsrail radiosuna müsahibəsində qeyd
etmişdir ki, hazırda bütün dünyada müşahidə
olunan qlobal miqyaslı kompleks transformasiya prosesləri siyasi, iqtisadi və sosiomədəni sahələri də əhatə edir. Elnur Aslanov demişdir:
“Bu prosesdə Azərbaycana
qlobal siyasi aktor yeri ayrılır.
2011-2012-ci illərdə biz
BMT-nin Təhlükəsizlik
Şurasının fəal
üzvlərindən olmuşuq.
Sosiomədəni baxımdan Azərbaycanın
iqtisadi inkişafı
onun postsənaye təfəkkürlü ölkəyə
çevrilməsinə imkan
verir. Ölkəmiz coğrafi mənada
Avropaya aid olsa da, bizim insanlar
öz təfəkkürünə
görə Qərb praqmatizmi və Şərq mentaliteti ilə fərqlənirlər.
Azərbaycan məhz Qərb
və Şərq sivilizasiyalarının qovuşduğu
məkandır”.
E.Aslanovun fikrincə, Azərbaycan xalqının ümummilli
lideri Heydər Əliyev Azərbaycanın
xarici siyasət strategiyasını ölkə
vətəndaşlarının mənafelərinə cavab
verən milli prioritetlər əsasında
qurulan siyasət kimi müəyyən etmişdir. E.Aslanov demişdir: “Müəyyən
qüvvələr Azərbaycanın
dünya birliyinin bütün aktorları ilə bərabərhüquqlu
və eyni imkanlar yaradan əməkdaşlıq prinsipləri
əsasında qurulan xarici siyasətindən narazıdırlar. Halbuki xarici
siyasətin bu prinsipləri Azərbaycanda
əhalinin rifahının
yaxşılaşmasına, siyasi sabitliyə və təbii ki, ölkənin modernləşməsinə şərait
yaratmışdır. Millətin və dövlət sisteminin kompleks şəkildə modernləşməsi,
iqtisadi sferada gələcəyə, XXI əsrdə
ölkənin rəqabət
qabiliyyətinin təmin
olunmasına yönəlmiş
kreativ sahələrin
yaranması ilə müşayiət olunan misilsiz tədbirlər məhz Prezident İlham Əliyevin dövründə gerçəkləşmişdir”.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi
təhlil və informasiya təminatı şöbəsinin müdiri
israilli padioaparıcı
Mark Kriçevskinin Ermənistan-Azərbaycan
münaqişəsinin tənzimlənməsi
perspektivləri barədə
sualına cavab olaraq qeyd etmişdir
ki, Azərbaycan ədalətin zəfər
çalması naminə
nə mümkündürsə
edir və bundan sonra da
edəcəkdir. Elnur Aslanov demişdir: “Əslində əvvəlki
Dağlıq Qarabağdan
heç nə qalmayıb. İndi orada yalnız
hərbçilər var. Azərbaycan
kəndlərinin hamısı
yerlə yeksan edilib, heç bir infrastruktur obyekti qalmayıb. Bütün bu illər ərzində
aparılan danışıqlar
bizim tərəfimizdən
ən böyük güzəştdir. Lakin ölkəmizin
ərazi bütövlüyünün
bərpa edilməsinin
digər yolları heç vaxt istisna edilməmişdir.
Bu, bizim suveren
hüququmuzdur və
biz həmin hüququ saxlayırıq. Azərbaycan bu
münaqişənin dinc
yolla həllinin tərəfdarıdır. Eyni zamanda, münaqişənin
hansı yolla tənzimlənməsindən asılı
olmayaraq, biz yaxşı
başa düşürük
ki, bu regionda
Ermənistan, Gürcüstan
və Azərbaycan yanaşı mövcud olacaqlar. Lakin Azərbaycanda heç
kəs ölkə ərazisinin Ermənistan tərəfindən işğal
edilmiş 20 faizinin itirilməsi ilə heç vaxt barışmayacaqdır”.
Mark Kriçevski soruşmuşdur
ki, bu gün
iqtisadi və siyasi baxımdan Ermənistandan qat-qat güclü olan, onu regiondakı bütün infrastruktur layihələrindən təcrid
etmiş Azərbaycan Ermənistanla sülh müqabilində nə təklif etməyə hazırdır? Bu sualı
cavablandıran politoloq
Rövşən İbrahimov
qeyd etmişdir ki, Azərbaycan öz hərbi, siyasi və iqtisadi potensialına görə Ermənistandan
qat-qat üstündür.
R.İbrahimov demişdir:
“Beynəlxalq münasibətlər
tarixində bu cür qüdrətli dövlətin hələ
də münaqişənin
həllinin alternativ yollarını axtarmaqda davam etməsi halları az olmuşdur. Azərbaycan özünün Ermənistan tərəfindən
işğal edilmiş
ərazilərinin hərbi
yolla qaytarılmasının
mümkünlüyünü heç vaxt istisna etməmişdir.
Azərbaycanın bu mövqeyini
kifayət qədər
dəqiq və açıq bəyan edir. Lakin Azərbaycan münaqişənin
həllinin alternativ yollarını nəzərdən
keçirir”.
İsrail radiosunun aparıcısı
Bakıya səfəri
çərçivəsində Moldova ombudsmanı Aurelia Qriqoriunun
Xocalı faciəsi barədə rəyi ilə də maraqlanmışdır. A.Qriqoriu qeyd
etmişdir ki, ağlasığmaz vəhşiliklə
törədilmiş bu
kütləvi qırğın
XX əsrin ən dəhşətli faciələrindən
biridir. Ombudsman A.Qriqoriu
demişdir: “Erməni
silahlı dəstələrinin
vəhşilikləri nəticəsində
Xocalı sakinlərindən
613 nəfəri öldürülmüş,
487 adam əlil olmuşdur. Əksəriyyəti qocalar, uşaqlar
və qadınlar olan 1275 nəfər dinc sakin əsir
düşərək, ağlasığmaz
işgəncələrə, təhqir və alçaldılmaya məruz
qalmışdır. 150
nəfərin taleyi hələ də məlum deyil. İnsanlığa yaraşmayan bu
kütləvi qırğın
əsl soyqırımı
idi. Xocalıda öldürülmüş 613 nəfər arasında 106
qadın, 63 uşaq,
70 ahıl şəxs
olmuşdur”.
İsrail radiosunun aparıcısı bu qanlı faciənin təqsirkarlarının kim olduğunu soruşmuşdur. Aurelia Qriqoriu əldə olan faktlara əsaslanaraq vurğulamışdır ki, Xocalı şəhərinin mülki əhalisinin bilərəkdən məhv edilməsinin, bu insanların kütləvi şəkildə qətlə yetirilməsinin yeganə “səbəbi” onların azərbaycanlı olması idi. Moldova ombudsmanı bəyan etmişdir ki, Xocalı qırğınına dair beynəlxalq tribunal yaradılmalıdır. O demişdir: “Bu, Yuqoslaviya hadisələri üzrə yaradılmış beynəlxalq tribunalın oxşarı olmalıdır. Tribunal yaradılması təşəbbüsünü Azərbaycan tərəfi irəli sürməlidir, özü də bunu həmin hadisələrin canlı şahidləri hələ sağ olduğu, faktlar göz qabağında olduğu müddətdə etmək lazımdır. Bu cinayətləri törətmiş şəxslər məsuliyyətə cəlb edilməlidir. Bu qırğına görə lovğalanan Serj Sarkisyan məsuliyyətə cəlb edilməlidir. Cəzanın qaçılmazlığı gələcəkdə bu cür cinayətlərin qarşısını almalıdır”.
Azərbaycan jurnalisti Kənan
Quluzadə Mark Kriçevskiyə
müsahibəsində İsrail-Azərbaycan əməkdaşlığının
inkişafı məsələləri üzərində ətraflı
dayanmışdır. K.Quluzadə demişdir:
“Azərbaycanda antisemitizm heç
vaxt olmayıb və olmayacaq.
Azərbaycan çox açıq və tolerant ölkədir. Burada
bir sıra millətlərin və
xalqların nümayəndələri yaşayır. Azərbaycan
və İsrail dost
dövlətlərdir, onların iqtisadi əlaqələri
genişlənir, ticarət dövriyyəsinin həcmi dörd milyard dollardan artıqdır. Bakıda sutkanın istənilən
vaxtında şəhərdə sərbəst gəzmək olar. Burada insanlar
özlərini çox rahat
hiss edirlər. Bəli, Azərbaycan Avropaya inteqrasiya etməyə,
Avropa ölkəsinə çevrilməyə
çalışan, informasiya
texnologiyalarını, kənd təsərrüfatını,
hərbi sənayeni və başqa sahələri
inkişaf etdirmək istəyən postsovet ölkəsidir”.
Azərbaycan.-2014.- 13 mart.- S.4.