İlham Əliyev Rusiyanın Sverdlovsk Vilayətinin qubernatorunun
başçılıq etdiyi
nümayəndə heyətini qəbul etmişdir
Prezident
İlham Əliyev Rusiya Federasiyasının Sverdlovsk Vilayətinin
qubernatoru Yevgeni Kuyvaşevin başçılıq etdiyi
nümayəndə heyətini qəbul etmişdir.
Rusiya Federasiyasının Sverdlovsk Vilayəti ilə ölkəmiz arasında mövcud uzunmüddətli dostluq əlaqələrinə toxunan qubernator Yevgeni Kuyvaşev dedi: “Bu əlaqələrin əsası Azərbaycan xalqının ümummilli lideri, böyük şəxsiyyət Heydər Əliyev tərəfindən qoyulmuşdur”. O, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Sverdlovsk Vilayətinə səfərini və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinin qeyd olunduğunu məmnunluqla xatırladı. Yevgeni Kuyvaşev Ural Federal Universitetində Azərbaycan dili və mədəniyyəti mərkəzinin açılmasını əməkdaşlığımızın yaxşı göstəricisi kimi dəyərləndirdi. Azərbaycan iqtisadiyyatının sürətlə inkişaf etdiyini və Azərbaycan müəssisələri ilə uğurlu işbirliyi qurulduğunu vurğulayan Yevgeni Kuyvaşev ölkəmizlə Sverdlovsk Vilayəti arasında ticarət dövriyyəsinin artan templərlə genişləndiyini qeyd etdi.
Dövlətimizin
başçısı Azərbaycan Respublikası ilə Rusiya
Federasiyası və onun subyektləri arasında ticarət
dövriyyəsinin yüksələn xətlə inkişaf
etdiyini və bunun üçün bütün şəraitin
yaradıldığını dedi. Prezident İlham
Əliyev ölkələrimizin bütün
məsələlərdə fəal əməkdaşlıq etdiyini vurğuladı. Dövlətimizin
başçısı Sverdlovsk Vilayətində
xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinə
göstərilən böyük ehtirama görə minnətdarlığını
ifadə etdi. Prezident
İlham Əliyev Rusiya
Federasiyasında yaşayan azərbaycanlıların
və Azərbaycanda yaşayan rusların
ölkələrimizin inkişafına töhfə verdiklərini
məmnunluqla qeyd etdi.
Dövlətimizin başçısı Rusiya Federasiyasının Sverdlovsk
Vilayətinin qubernatoru Yevgeni
Kuyvaşevin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana
səfərinin əməkdaşlığımızın gələcək
inkişafı ilə bağlı məsələlərin
müzakirəsi üçün
yaxşı fürsət yaratdığını dedi.
Azərbaycan.-2014.- 14 mart.- S.1.