İlham Əliyev Fransanın keçmiş Baş
naziri Dominik de Villpeni qəbul etmişdir
Prezident
İlham Əliyev Fransa Respublikasının keçmiş
Baş naziri Dominik de Villpeni qəbul etmişdir.
Keçmiş Baş nazir Dominik de Villpen ölkəmizin əldə etdiyi yüksək iqtisadi inkişaf tempinə görə Prezident İlham Əliyevi təbrik etdi. Azərbaycandakı iqtisadi artıma toxunan fransalı qonaq bu cür əhəmiyyətli nəticələrin Avropada da olmasını arzu etdiklərini vurğuladı. O, Şərq ilə Qərb arasında körpü rolunu oynayan, dünyəvi dəyərləri cəmiyyət üçün prioritet hesab edən Azərbaycanın regiondakı rolunu xüsusi qeyd etdi. Dominik de Villpen ölkəsinin Azərbaycan ilə tərəfdaşlıq əlaqələrini inkişaf etdirməkdə maraqlı olduğunu dedi.
Prezident İlham
Əliyev Azərbaycan iqtisadiyyatının uğurlu
inkişafı ilə yanaşı, ölkəmizdə
iqtisadiyyatın şaxələndirilməsinə də böyük önəm verildiyini
bildirdi. Fransanın Azərbaycan
üçün əhəmiyyətli tərəfdaşlardan
biri olduğunu vurğulayan dövlətimizin
başçısı ölkələrimiz arasında güclü siyasi əlaqələrin
mövcud olduğunu dedi. İqtisadi sahədə
əlaqələrin inkişafına toxunan
Prezident İlham
Əliyev əməkdaşlığımızın bu istiqamətdə daha
da genişləndirilməsi üçün də
qarşılıqlı marağın olduğunu
bildirdi.
Azərbaycan.-2014.- 14 mart.- S.1.