Bakıda Azərbaycan-Rusiya biznes forumu keçirilir
Rusiya Federasiyası
Sverdlovsk vilayətinin qubernatoru
Yevgeni Kuyvaşevin rəhbərlik etdiyi nümayəndə heyətinin
ölkəmizə səfəri
çərçivəsində Bakı Biznes Mərkəzində Azərbaycan-Rusiya
biznes forumu keçirilir.
AzərTAc xəbər verir
ki, İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın
və İnvestisiyaların
Təşviqi Fondunun
(AZPROMO) təşkilatçılığı
ilə keçirilən
biznes forumda ağır və yüngül sənaye, nəqliyyat, kənd təsərrüfatı, tikinti,
enerji, neft-kimya, təhsil, səhiyyə, maliyyə və ticarət sahələrini
təmsil edən şirkətlər iştirak
edirlər.
Tədbirdə iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev çıxış edərək,
ölkələrimiz arasında
iqtisadi sahədə əməkdaşlığın yüksək səviyyədə
olduğunu vurğulamışdır.
Biznes forum çərçivəsində
AZPROMO ilə Ural Ticarət
və Sənaye Palatası arasında qarşılıqlı əməkdaşlıq
haqqında anlaşma memorandumu imzalanacaqdır.
Azərbaycan.-2014.-
14 mart.- S.3.