Gerhard Şröder: Almaniya Azərbaycanın

 Qərbi Avropadakı əsas tərəfdaşıdır

 

 

Almaniya Azərbaycanın Qərbi Avropadakı əsas tərəfdaşıdır.

AzərTAc xəbər verir ki, bu sözləri martın 13-də Alman-Azərbaycan Xarici Ticarət Palatasının Bakıda təşkil etdiyi mühazirədə çıxış edən Almaniyanın sabiq kansleri Gerhard Şröder demişdir.

G.Şröder çıxışında Almaniya-Azərbaycan münasibətləri, Avrasiya regionundadünyada baş verən proseslər haqqında danışmışdır. Ölkələrimiz arasında siyasiiqtisadi münasibətlərin tarixən yaxşı olduğunu deyən sabiq kansler 1918-ci ildə Azərbaycan parlamentində almanların da təmsil olunduğunu xatırlatmışdır.

Ölkələrimiz arasında iqtisadi əməkdaşlıqdan danışan G.Şröder bu gün çoxlu sayda alman şirkətinin Azərbaycanda fəaliyyət göstərdiyini söyləmişdir. O qeyd etmişdir ki, 2012-ci ildə Alman-Azərbaycan Xarici Ticarət Palatasının yaradılması ikitərəfli əlaqələrin möhkəmlənməsi baxımından zəruri addım olmuşdur.

Qeyd edilmişdir ki, ötən il Azərbaycan ilə Almaniya arasında ticarət dövriyyəsi 2012-ci illə müqayisədə 30 faizdən çox artmışdır. Azərbaycan Almaniyaya neft ixrac edən ölkələr arasında yeddinci yeri tutur.

Qlobal problemlərin həllində çoxtərəfli əlaqələrin, mədəniyyətlər və sivilizasiyalar arasında dialoqun vacibliyini qeyd edən sabiq kansler bu baxımdan Azərbaycandakı dini tolerantlığın və multikulturalizmin təqdirəlayiq olduğunu vurğulamışdır. Bildirmişdir ki, Azərbaycan müxtəlif mədəniyyətlərin, etnosların nümayəndələrinin sülh şəraitində yaşamaları baxımından örnək ölkədir.

Təbii sərvətlərdən səmərəli istifadənin vacibliyini bildirən G.Şröder urbanizasiyaiqlim dəyişiklikləri kimi narahatlıq doğuran mövzulara da toxunmuşdur. O demişdir: “Biz ehtiyatlardan ağıllı istifadə etməliyik. Təkrar istehsala üstünlük verməliyik. Yaşıllaşdırmanı artırmalıyıq. Alternativ enerji mənbələrini inkişaf etdirməliyik. Zəngin ehtiyatlara malik Azərbaycan bu istiqamətdə çox vacib işlər görür. Almaniya da alternativ enerji sahəsində mütərəqqi addımlar atmışdır. İki ölkə arasında bu sektorda əməkdaşlıq əhəmiyyətli olardı”.

Sabiq kansler diqqətə çatdırmışdır ki, Azərbaycan uzun illərdir Avropanın enerji təhlükəsizliyində vacib rol oynayır. “Şahdəniz” konsorsiumu tərəfindən TAP-ın seçilməsi mütərəqqi qərardır. Avropanın gələcəkdə təbii qaza ehtiyacı 50 faiz artacaqdır. Qitənin ənənəvi enerjiyə hələ də ehtiyacı olacaqdır. Bu baxımdan Azərbaycanın rolu danılmazdır.

Türkiyənin Avropa İttifaqına üzvlüyü məsələsinə toxunan G.Şröder demişdir: “Türkiyənin Avropa İttifaqına qəbul olunması çox vacibdir. Qafqaz regionunda, AvropaAsiya arasında bu ölkənin rolu böyükdür. İnanıram ki, Türkiyə bu təşkilata üzv qəbul ediləcəkdir. Mən inteqrasiyanın tərəfdarıyam”.

Sabiq kansler belə bir tədbirin təşkilinə görə Alman-Azərbaycan Xarici Ticarət Palatasına təşəkkürünü bildirmiş, bunun ikitərəfli əlaqələrin inkişafına töhfə verəcəyini vurğulamışdır.

Alman-Azərbaycan Xarici Ticarət Palatasının icraçı direktoru Florian Şröder bu qurumun MDB məkanında Rusiyadan sonra məhz Azərbaycanda təsis edilməsini iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olmasının əyani təsdiqi kimi qiymətləndirmişdir. F.Şröder Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin G.Şröder ilə 1999-cu ildə İstanbuldakı görüşünü, Ulu Öndərin 1947-ci ildə Azərbaycana gətirilmiş Bremen qalereyası rəsmlərinin Almaniyaya qaytarılması haqqında imzaladığı Sərəncamı məmnunluqla xatırlatmışdır. İcraçı direktor G.Şröderin 2004-cü ilin avqustunda Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşünün ölkələrimiz arasında münasibətlərin inkişafındakı rolunu diqqətə çatdırmışdır.

F.Şröder, həmçinin Azərbaycanda gedən inkişaf proseslərindən danışmış, ölkənin paytaxtının inşaat meydançasına çevrildiyini, Berlin və Bakının oxşar şəhərlər olduğunu bildirmişdir. İcraçı direktor Bakını Cənubi Qafqazın Parisi adlandırmışdır.

Mühazirə tədbirində Azərbaycan hökumətinin yüksək səviyyəli rəsmiləri, hər iki ölkədə fəaliyyət göstərən şirkətlərin rəhbərləri, Milli Məclisin deputatları, diplomatik nümayəndəliklərin təmsilçiləri, iqtisadiyyat və siyasət sahəsində fəaliyyət göstərən 200-dən çox qonaq iştirak etmişdir.

 

Azərbaycan.-2014.- 14 mart.- S.3.