«Caspian European Club»
«Caspian Energy Integration
Award – 2014» mükafatının sayca
onuncu təqdimat mərasimini keçirmişdir
Martın 12-də Bakıda "JW Marriott Absheron"
otelində beynəlxalq
"Caspian Energy Integration Award - 2014" mükafatının
sayca onuncu yubiley təqdimat mərasimi keçirilmişdir.
Bu barədə AzərTAc-a
"Caspian European Club" və
Caspian Energy International Media Group"dan məlumat verilmişdir.
Mərasimin tərəfdaşları "Azərbaycan
Dəmir Yolları"
QSC, "Bank Technique" ASC və
"SOCAR FUGRO LLC" müştərək
müəssisəsidir.
Beynəlxalq "Caspian Energy Integration Award" mükafatı
dünyanın 50 ölkəsində
internet vasitəsilə keçirilmiş
sorğunun nəticələrinə
əsasən son bir ildə Xəzər dənizi-Qara dəniz və Baltik regionlarında qazanılmış
nailiyyətlərə görə
siyasi xadimlərə,
dövlət məmurlarına,
diplomatik nümayəndəliklərin,
dövlət şirkətlərinin
və özəl şirkətlərin rəhbərlərinə
təqdim edilir.
Beynəlxalq "Caspian Energy Integration Award" mükafatı
"Caspian European Club" və bu il 15 yaşını
qeyd edən
"Caspian Energy International Media Group"un
dəstəyi ilə təqdim edilir.
Azərbaycan Respublikası Prezidenti
Administrasiyasının İctimai-siyasi
məsələlər şöbəsinin
müdiri Əli Həsənov mərasimdə
çıxış edərək
bildirmişdir ki,
"Əsrin müqaviləsi"nin
imzalanması, Xəzərin
enerji ehtiyatlarının
işlənilməsinə Qərb
şirkətlərinin cəlb
edilməsi, Xəzər
regionundan alternativ ixrac marşrutlarının
və nəqliyyat-kommunikasiya
xətlərinin, o cümlədən
Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin, Bakı-Tbilisi-Qars dəmir yolunun çəkilməsi
nəticəsində Cənubi
Qafqaz ölkələrinin
və bütövlükdə
Xəzər dənizi
və Qara dəniz regionunun geosiyasəti və iqtisadiyyatı faktiki olaraq tamamilə dəyişmişdir. O vurğulamışdır:
"Tam əminliklə deyə
bilərik ki,
"Şahdəniz-2" layihəsi Avropanın enerji təhlükəsizliyinin təminatında
yeni vəziyyət yaradacaq və tarixə XXI əsrin layihəsi kimi daxil olacaqdır. Azərbaycanın enerji siyasəti
təkcə bu dövlətin strateji məqsədlərinin reallaşması
deyil, həm də bizim region və bütün dünya üçün mühüm aspektdir".
Əli Həsənov daha sonra demişdir: "Biz energetika sahəsində informasiya layihələrinin
inkişafını dəstəkləyir
və "Caspian Energy" klubunu bu prosesin
fəal iştirakçılarından
biri hesab edirik.
Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadə vurğulamışdır ki,
1994-cü il sentyabrın 20-də "Əsrin
müqaviləsi"nin imzalanması
Azərbaycanın dünya
inteqrasiya proseslərinə
qoşulması üçün
çox böyük imkanlar yaratmışdır.
Ziyad Səmədzadə demişdir:
"İri xarici sərmayədarlarla müqavilə
imzalanması, müvafiq
qanunvericiliyin qəbul
edilməsi, investisiya mühitinin yaxşılaşdırılması
və normativ-hüquqi
baza yaradılması üzrə tədbirlər
gənc suveren dövlətin səmərəli
fəaliyyəti üçün
müsbət nəticələr
vermişdir. Bütövlükdə bir neçə
boru kəmərinin tikintisi və Avropa-Qafqaz-Asiya nəqliyyat
dəhlizinin yaradılması
milli mənafelərin
müdafiəsi və
ölkənin iqtisadi təhlükəsizliyinin təmin
edilməsi üçün
mühüm rol oynamışdır. O, "Caspian
Energy" jurnalının kollektivini
15 illik yubileyi münasibətilə təbrik
edərək vurğulamışdır
ki, bu nəşr
neft-qaz sahəsinin inkişafı barədə
informasiyanı işgüzar
dairələrin və
dünya ictimaiyyətinin
diqqətinə çatdırır".
Rabitə və yüksək texnologiyalar nazirinin müavini İltimas Məmmədov "Caspian Energy Integration Award -
2014" mükafatının təqdimat mərasiminin keçirilməsinin əhəmiyyətini
vurğulamışdır. O qeyd etmişdir ki, nominantlar arasında iqtisadiyyatın müxtəlif
sektorlarını, o cümlədən
İKT sektorunu da təmsil edən şirkətlər vardır.
Bu, Azərbaycan üçün çox vacibdir, çünki
İKT-nin inkişafı
Azərbaycan iqtisadiyyatının
inkişafının prioritet
istiqamətlərindən biridir.
O, biznes-hakimiyyət dialoqunun
tənzimlənməsində "Caspian
European Club"un rolunu xüsusi vurğulamışdır.
Azərbaycan Respublikası Dövlət
Neft Şirkətinin
(ARDNŞ) vitse-prezidenti Süleyman
Qasımov demişdir ki, ARDNŞ "Caspian European Club"un işində fəal iştirak edir və bu
klubla əməkdaşlığın
səviyyəsindən razıdır.
O bildirmişdir ki, bu klub biznes-hakimiyyət
dialoqunu nizamlamağa
nail olmuşdur. Bu isə iqtisadi layihələrin həyata
keçirilməsinə şərait
yaradır.
Süleyman Qasımov demişdir:
"Biz fəxr edirik ki, Azərbaycan neftçilərinin beynəlxalq
səviyyəli, bizim nailiyyətlərimizi işıqlandıran
və imkanlarımızı
əks etdirən jurnalı vardır".
Latviyanın Azərbaycandakı səfiri
Xardi Baumanis vurğulamışdır ki,
Latviya və Azərbaycan strateji tərəfdaşlardır. Səfir
"Caspian Energy" jurnalını 15 illik yubileyi münasibətilə təbrik
edərək demişdir:
"Biz strateji tərəfdaşlığımızı
dərinləşdirmək üçün bundan sonra da səylərimizi
əsirgəməyəcəyik".
"Caspian
European Club"un baş icraçı direktoru Telman Əliyev "Caspian Energy Integration Award -
2014" mükafatının təqdimat mərasimində
çıxış edərək
demişdir: "Caspian European Club"
2002-ci ilin iyun ayında "Caspian Energy International Media Group"un fəal iştirakı və Xəzər dənizi-Qara dəniz regionunda işləyən ən iri neft-qaz şirkətlərinin
dəstəyi ilə yaradılmışdır. Telman Əliyev
qeyd etmişdir ki, bu gün
klubun sıralarında
dünyanın 50 ölkəsini
təmsil edən 500-dən
çox şirkət
və təşkilat vardır.
T.Əliyev demişdir: "Bu il
Azərbaycan və bütün region üçün
əlamətdar ildir.
Bu il ulu
öndər Heydər
Əliyevin rəhbərliyi
ilə 1994-cü il sentyabrın 20-də Azərbaycan
ilə xarici neft şirkətləri arasında "Əsrin müqaviləsi"nin imzalanmasının
20 illiyi qeyd ediləcəkdir. "Əsrin müqaviləsi"
çərçivəsində əldə edilən neft gəlirlərinin qeyri-neft sektorunun inkişafı üçün
cəlb edilməsi Azərbaycan Prezidenti İlham Əliyevin əsas iqtisadi strategiyası olmuşdur".
Baş icraçı direktor bildirmişdir ki, bu il həm də "Caspian
Energy" kollektivinin peşəkar
fəaliyyətinin 20 illiyi
qeyd edilir. 15 il bundan
əvvəl yaradılmış
bu jurnal Azərbaycanın neft-qaz strategiyasını bütün
dünyada işıqlandırmağa
xidmət edir.
Telman Əliyev vurğulamışdır:
"Məhz klubun sədri, Azərbaycan Prezidenti İlham Əliyevin dəstəyi sayəsində "Caspian European Club" bu gün Xəzər
dənizi-Qara dəniz
və Baltik regionlarında fəaliyyət
göstərən ən
iri və nüfuzlu beynəlxalq təşkilatlardan birinə
çevrilmişdir".
Telman Əliyev
çıxışının sonunda uzun illər
boyu bu klubun
fəaliyyətini dəstəkləmiş
və onunla səmərəli əməkdaşlıq
etmiş dövlət
strukturlarının, şirkətlərin
və təşkilatların
rəhbərlərinə təşəkkür
etmiş, bütün
nominantları qələbə
münasibətilə təbrik
edərək onlara öz fəaliyyətində
yeni uğurlar arzulamışdır.
Beləliklə, ayrı-ayrı nominasiyalar
üzrə mükafatın
qalibləri aşağıdakılardır:
Prezident
Administrasiyasının İctimai-siyasi
məsələlər şöbəsinin
müdiri Əli Həsənov - Beynəlxalq
arenada Azərbaycanın
mövqelərinin möhkəmlənməsinə
xüsusi töhfəsinə
görə;
Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadə - ölkə iqtisadiyyatının
inkişafına verdiyi
töhfəyə görə;
Azərbaycan Respublikası Dövlət
Neft Şirkətinin vitse-prezidenti Süleyman Qasımov - neft-qaz sənayesinin inkişafına
verdiyi töhfəyə
görə;
Latviyanın Azərbaycandakı səfiri
Xardi Baumanis - Azərbaycan-Latviya əlaqələrinin
inkişafına verdiyi
töhfəyə görə;
"Bank
Technique" ASC - ilin bankı;
"SOCAR-FUGRO
LLC" BM - geofiziki, geotexniki
xidmətlərin göstərilməsi,
həmçinin sualtı
tədqiqat və sualtı tikinti xidmətləri üzrə
ilin şirkəti;
"Azərbaycan Dəmir Yolları" QSC - ilin dəmir yolu şirkəti;
"Azərsu" ASC - su təsərrüfatının genişmiqyaslı
inkişafına görə;
"Bakı taksi" MMC - nəqliyyat xidmətləri
sahəsində əldə
olunan nailiyyətlərə
görə;
"AXA
MBASK" sığorta şirkəti
ASC - yüksək keyfiyyətli
xidmətə görə
ilin şirkəti;
"Atropatena" QSC - qeyri-neft
sektorunun inkişafındakı nailiyyətlərinə
görə;
"İdeal-Dizayn" ofis mebeli şirkəti - ilin ofis mebeli
şirkəti;
R.İ.S.K.
Elm-İstehsalat Birliyi
- ilin ən yaxşı informasiya texnologiyaları sistem inteqratoru;
"DELTA
TELECOM" LTD - ilin informasiya
texnologiyaları və
telekommunikasiya şirkəti;
"Bakcell" Ltd - ilin mobil operatoru;
ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyi - regionların qazlaşdırılmasına
görə;
"Neftqaztikinti" Tresti - neft və qaz
sektorunda ilin tikinti şirkəti;
"Global
Energy Azerbaijan" - ilin quruda
əməliyyatlar üzrə
neft şirkəti;
"Azpetrol" Ltd - ilin yanacaqdoldurma məntəqələri
şəbəkəsi;
"Cross
Caspian Oil and Gas Logistics" LLC - ilin neft və neft
məhsullarının nəqli
şirkəti;
"ASE
ASIA AFRIKA HIZLI CARGO" A
.Ş. - Qara dəniz regionunda ilin nəqliyyat şirkəti;
"ITECA
CASPIAN" LLC - ilin sərgi
təşkilatçısı şirkəti,
"ORLI" - tədbirlərin təşkili üzrə ilin şirkəti.
Mərasim konsert proqramı ilə davam etmişdir.
Azərbaycan $g 2014.- 14 mart.- S.3.