Prezident İlham
Əliyev İtaliyanın Friuli-Venetsiya-Culiya
regionunun Regional
Şurasının prezidentinin
başçılıq etdiyi nümayəndə
heyətini qəbul etmişdir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev martın 14-də
İtaliya Respublikasının Friuli-Venetsiya-Culiya regionunun
Regional Şurasının prezidenti xanım Debora Serakkianinin
başçılıq etdiyi nümayəndə heyətini qəbul
etmişdir.
Azərbaycan ilə İtaliya arasında yaxşı əməkdaşlığın mövcud olduğunu vurğulayan dövlətimizin başçısı ölkəmizin İtaliyanın müxtəlif regionları ilə də yaxın əlaqələr qurmaqda maraqlı olduğunu dedi. İqtisadi sahədə İtaliyanın ölkəmizin əsas tərəfdaşlarından biri olduğunu vurğulayan Prezident İlham Əliyev digər sahələrdə də əlaqələrimizin genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğunu qeyd etdi.
İtaliya Respublikasının Friuli-Venetsiya-Culiya regionunun Regional Şurasının prezidenti xanım Debora Serakkiani təmsil etdiyi regionun Azərbaycan ilə ticarət əlaqələrinin genişləndirilməsində maraqlı olduğunu diqqətə çatdırdı.
Görüşdə əlaqələrimizin
genişləndirilməsi ilə bağlı məsələlər
ətrafında fikir mübadiləsi
aparıldı.
Azərbaycan.-2014.- 15 mart.- S.1.