Azərbaycan Respublikası Prezidentinin
və Belarus Respublikası Prezidentinin
Birgə Bəyannaməsinin təsdiq edilməsi haqqında
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikası Prezidentinin və Belarus Respublikası Prezidentinin 2013-cü il noyabrın 21-də Bakı şəhərində imzalanmış Birgə Bəyannaməsi təsdiq edilsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 14 fevral 2014-cü il
Azərbaycan.-2014.- 15 mart.- S.1.