Londonda “Bakı prosesinin 5 illik yubileyi

və Üçüncü Ümumdünya Mədəniyyətlərarası

 Dialoq Forumu beynəlxalq işçi qrupunun iclası keçirilmişdir

 

 

Londonda "Bakı prosesi"nin 5 illik yubiley mərasimi və Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun beynəlxalq işçi qrupunun iclası keçirilmişdir.

Tədbirdə UNESCO-nun, BMT-nin Sivilizasiyalar Alyansının, Avropa Şurasının, Avropa Şurasının Şimal-Cənub Mərkəzinin, İSESCO-nun, BMT-nin Dünya Turizm Təşkilatının, Ərəb Liqası və Böyük Britaniyanın Koventri Universitetinin Sülh, EtimadSosial Münasibətlər Mərkəzinin yüksək vəzifəli şəxsləri, həmçinin Böyük Britaniya parlamentinin üzvləri, bu ölkənin nüfuzlu siyasətçiləri və elm xadimləri iştirak etmişlər.

Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov bildirmişdir ki, son illərdə dünya xalqları arasında dialoqun təşviqi və inkişafında Azərbaycan mühüm rol oynamaqdadır. Bu, ilk növbədə, ölkəmizin geosiyasi əhəmiyyəti ilə bağlı olan məsələdir. Azərbaycan Şimal ilə Cənubun, Şərqlə Qərbin kəsişmə nöqtəsində yerləşir.

Qeyd edilmişdir ki, real coğrafi və geomədəni imkanlara malik olan Azərbaycan, eyni zamanda, həm Avropa Şurasına, həm də İSESCO-ya üzv olan yeganə dövlətdir. Azərbaycanın həm islam dövlətləri, həm də Qərb ölkələri ilə möhkəm dostluq və əməkdaşlıq münasibətləri vardır. Bütün bunlarla yanaşı, Azərbaycan müxtəlif etnosların və millətlərin, fərqli dinlərə sitayiş edən insanların tarixən mehriban dostluq və qardaşlıq şəraitində yaşadığı tolerant bir ölkədir. Bu səbəbdən müxtəlif mədəniyyətlərin və qitələrin qovuşuğunda yerləşən Azərbaycanın həm geosiyasi vəziyyəti, həm də mədəni zənginliyi "Bakı prosesi" çərçivəsində mədəniyyətlərarası dialoq təşəbbüslərini Avropaona qonşu regionların hüdudları çərçivəsindən çıxarıb daha qlobal səviyyəyə yüksəltməyə imkan verir.

Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev “Bakı prosesinin mahiyyəti və tarixi haqqında ətraflı məlumat vermişdir. Nazir bildirmişdir ki, “Bakı prosesi” 2008-ci ilin dekabrında paytaxtımızda keçirilmiş Avropaona qonşu regionların mədəniyyət nazirlərinin konfransında irəli sürülmüşdür. Bu konfransda ilk dəfə olaraq 10 islam ölkəsinin də iştirak etməsi ilə yeni bir formanın əsası qoyulmuşdur. Ümumilikdə 48 ölkənin, 8 beynəlxalq təşkilatın və bir sıra beynəlxalq qeyri-hökumət təşkilatlarının yüksək səviyyəli nümayəndələrinin iştirak etdikləri bu konfransda Azərbaycanın təşəbbüsü ilə ilk dəfə olaraq “Mədəniyyətlərarası dialoqun təşviqinə dair Bakı Bəyannaməsi” qəbul edilmiş, beləliklə də sivilizasiyalar arasında dialoqun inkişafını nəzərdə tutan “Bakı prosesininbu prosesin uğurla davam etdirilməsi məqsədilə Azərbaycan tərəfindən təklif edilən “Sənətçilər dialoq naminə” layihəsinin əsası qoyulmuşdur.

Konfransda Azərbaycan Prezidenti İlham Əliyevin dərin məzmunlu nitqi, irəli sürdüyü təkliflər və verdiyi tövsiyələr “Bakı prosesinin qlobal bir təşəbbüsə çevrilməsinə səbəb olmuşdur.

Ə.Qarayev demişdir ki, “Bakı prosesinin davamlılığını təmin etmək məqsədilə 2009-cu ildə Bakıda keçirilmiş İslam ölkələrinin mədəniyyət nazirlərinin VI konfransına Azərbaycanın təşəbbüsü ilə islam ölkələri ilə yanaşı, 10-dan çox Avropa dövlətinin təmsilçisi də dəvət olunmuşdur. Konfransda Avropa Şurasına üz dövlətlərlə İslam Konfransı Təşkilatına üzü dövlətlərin iştirakı ilə “Mədəniyyətlərarası dialoqmövzusunda “dəyirmi masakeçirilmiş və birgə kommünike qəbul edilmişdir. 2010-cu ildə isə bu regional təşəbbüs qlobal hərəkata çevrilməyə başlamış və BMT Baş Məclisinin 65-ci sessiyasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi təşəbbüsü elan edilmişdir.

Prezident İlham Əliyevin himayəsi ilə Bakıda keçirilmiş birinciikinci Ümumdünya Mədəniyyətlərarası Dialoq forumları haqqında məlumat verən Ə.Qarayev demişdir ki, bu möhtəşəm tədbirlər UNESCO-nun, BMT-nin Sivilizasiyalar Alyansının, Avropa Şurasının, Avropa Şurasının Şimal-Cənub Mərkəzinin, İSESCO-nun, BMT-nin Dünya Turizm Təşkilatının birgə tərəfdaşlığı ilə reallaşmışdır.

Diqqətə çatdırılmışdır ki, Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə Forum hər iki ildən bir Azərbaycanda keçirilir.

Nazir demişdir ki, biz gələcəkdə beynəlxalq elmi ictimaiyyəti, universitetbeyin mərkəzlərini bu prosesə fal cəlb etmək niyyətindəyik. 2015-ci ildə keçiriləcək Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna ciddi layihə və proqramlarla hazırlaşırıq.

Daha sonra BMT-nin Sivilizasiyalar Alyansının strateji məsələlər üzrə müşaviri Jan Kristof Bas, UNESCO-nun sülh və qeyri-zorakılıq mədəniyyəti üzrə sektorlararası platformasının rəhbəri xanım Katerina Stenou, Dünya Turizm Təşkilatının Orta Şərq üzrə regional direktoru Əmr Abdel-Qaffar, İngiltərənin ən böyük İslam Mədəniyyət Mərkəzinin (İMM) baş katibi Əhməd Dubayan və başqalarının iştirakı ilə mövzuya dair müzakirələr aparılmışdır.

Tədbirdə ölkəmiz haqqında film nümayiş etdirilmiş, Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi və UNESCO-nun, BMT-nin Sivilizasiyalar Alyansının, Avropa Şurasının, Avropa Şurasının Şimal-Cənub Mərkəzinin, İSESCO-nun, BMT-nin Dünya Turizm Təşkilatının birgə tərəfdaşlığı ilə 2011 və 2013-cü illərdə Bakıda keçirilmiş birinciikinci Ümumdünya Mədəniyyətlərarası Dialoq forumları və növbəti Üçüncü Dünya Forumunun prioritetləri təqdim edilmişdir. Həmçinin tədbir çərçivəsində Azərbaycanın mədəniyyəti, adət-ənənəsi və turizm imkanlarından bəhs edən bröşurlar paylanılmışdır.

 

Orxan İsmayılov

AzərTAc-ın xüsusi müxbiri

London

Azərbaycan.-2014.- 15 mart.- S.4.