Bakıda Friuli notlarına köklənmiş Azərbaycan
və italyan musiqisi gecəsi olmuşdur
Martın 14-də "ADA" Universitetində İtaliya Respublikasının Friuli-Venetsiya-Culiya regionunun Regional Şurasının prezidenti Debora Serakkianinin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində Friuli notlarına köklənmiş Azərbaycan və italyan musiqisi gecəsi olmuşdur.
AzərTAc xəbər verir ki, musiqi axşamında Friuli-Venetsiya-Culiya regionunun mükəmməl məhsullarının təqdimatı keçirilmişdir.
Tədbirdə çıxış edən İtaliyanın ölkəmizdəki səfiri Ciampaolo Kutillo Azərbaycanın təbii ehtiyatlarla yanaşı, insan resursları ilə də zəngin olduğunu bildirmişdir.
Ölkələrimiz arasında mədəniyyət sahəsindəki əməkdaşlığı daha da genişləndirməyin əhəmiyyətinə toxunan səfir bu əməkdaşlığın gələcək inkişafı baxımından belə tədbirlərin təşkil olunmasının vacibliyini vurğulamışdır.
Azərbaycan və İtaliyanın gələcəkdə mədəni sahədə əlaqələrin daha da inkişaf etdirilməsinin zəruriliyindən danışan Ciampaolo Kutillo iki ölkə arasında münasibətlərin bir çox sahələrdəki əməkdaşlıqla daha da zənginləşəcəyini diqqətə çatdırmışdır.
Daha sonra çıxış edən İtaliya Respublikasının Friuli-Venetsiya-Culiya regionunun Regional Şurasının prezidenti Debora Serakkiani bu cür tədbirlərin işgüzar təşəbbüslərin stimullaşdırılmasına, yeni əməkdaşlıq imkanlarının yaradılmasına və ikitərəfli ticarət, mədəni əlaqələrin genişləndirilməsinə töhfə verəcəyinə əminliyini vurğulamışdır.
Musiqi axşamında məşhur italyan bəstəkarları Davide Lianinin "La biele stele", Cüzeppe Verdinin "Traviata", Ennio Marrikonenin, Vincenzo Bellinin "Norma", Antonio Vivaldinin "Bahar" əsərlərindən parçalar səsləndirilmişdir.
Çıxışlar tamaşaçılar
tərəfindən böyük maraqla qarşılanmışdır.
Azərbaycan.-2014.- 15 mart.- S.6.