“Əlillik ümumi xəstəlik,
hərbi xidmət dövründə xəstələnmə, əmək
zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar
keçirilən zonada olmaqla
əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi
ilə əlaqədar səbəblərdən baş
verdikdə I qrup əlilliyə görə sosial müavinət alanlara
Azərbaycan Respublikasının təqaüdü"nün
təsis edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. “Əlillik ümumi xəstəlik, hərbi xidmət dövründə
xəstələnmə, əmək
zədəsi və peşə xəstəliyi,
hərbi əməliyyatlar
keçirilən zonada
olmaqla əlaqədar,
Çernobıl AES-də
qəzanın ləğvi
ilə əlaqədar
səbəblərdən baş
verdikdə I qrup əlilliyə görə
sosial müavinət alanlara Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis
edilsin və onun aylıq məbləği 60 manat müəyyən olunsun.
2. Müəyyən edilsin ki, bu fərmanın
1-ci hissəsi ilə təsis edilən təqaüdü dövlət
büdcəsində Azərbaycan
Respublikasının Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə nəzərdə
tutulmuş xərclər
hesabına həmin nazirlik ödəyir.
3. Azərbaycan Respublikasının
Nazirlər Kabineti bu fərmandan irəli gələn məsələləri həll
etsin.
4. Bu fərman 2014-cü il aprelin 1-dən qüvvəyə minir.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 17 mart 2014-cü il
Azərbaycan.-2014.-
18 mart.- S.1.