“Müharibə əlillərinə Azərbaycan
Respublikası Prezidentinin təqaüdü”nün
artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 28 avqust tarixli 952 nömrəli
Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. “Müharibə əlillərinə
Azərbaycan Respublikası
Prezidentinin təqaüdü”nün
artırılması haqqında"
Azərbaycan Respublikası
Prezidentinin 2013-cü il
28 avqust tarixli 952 nömrəli Fərmanının
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2013, ¹ 8, maddə 895) 1-ci, 2-ci və 3-cü hissələri
ləğv edilsin.
2. Bu fərman 2014-cü il aprelin 1-dən qüvvəyə minir.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 17 mart 2014-cü il
Azərbaycan.-2014.-
18 mart.- S.1.