Səhiyyə naziri Lənkəranda
vətəndaşları qəbul etmişdir
Səhiyyə
naziri Oqtay Şirəliyev martın 17-də Lənkəran Mərkəzi
Rayon Xəstəxanasında Lənkəran, Astara, Lerik,
Masallı, Yardımlı, Cəlilabad, Biləsuvar və Cəbrayıl
rayonlarının sakinlərini qəbul etmişdir.
AzərTAc
xəbər verir ki, 40 nəfərə yaxın vətəndaşın
iştirak etdiyi qəbulda müraciətlər əsasən xəstəliklərin
müalicəsi, işlə təminat və digər məsələlərlə
bağlı olmuşdur.
Nazirə
edilən bir çox müraciətlər yerindəcə həllini
tapmış, digər müraciətlərin
araşdırılması və həlli ilə bağlı
müvafiq qurumların rəhbərlərinə
tapşırıqlar verilmişdir.
Səhiyyə
Nazirliyinin səlahiyyətinə aid olmayan müraciətlər
isə aidiyyəti orqanlara göndərilməsi
üçün qeydiyyata alınmış və nəzarətə
götürülmüşdür.
Azərbaycan.-2014.- 18 mart.- S.6.