Roma Papası Fransisk
həzrətlərinə
Zati-müqəddəsləri!
Tacqoyma gününüz münasibətilə Sizi və bütün həmməzhəblərinizi şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan ilə Vatikan arasındakı münasibətlərin inkişafı bundan sonra da ümumbəşəri dəyərlərin təntənəsinə, insanlar arasında qarşılıqlı anlaşma, hörmət və həmrəyliyin bərqərar olmasına xidmət edəcəkdir.
Sizə möhkəm cansağlığı, müqəddəs amallar naminə fəaliyyətinizdə uğurlar, məsləkdaşlarınıza daim əmin-amanlıq və firavanlıq diləyirəm.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı, 17 mart
2014-cü il
Azərbaycan.-2014.- 19 mart.- S.1.