İlham Əliyev Əfqanıstanın
xarici işlər nazirinin
başçılıq etdiyi
nümayəndə heyətini qəbul etmişdir
Prezident
İlham Əliyev Əfqanıstan İslam
Respublikasının xarici işlər naziri Zarar Ahmad Osmaninin
başçılıq etdiyi nümayəndə heyətini qəbul
etmişdir.
Azərbaycan
ilə Əfqanıstan arasında dostluq və tərəfdaşlıq
əlaqələrinin səviyyəsinin razılıq
doğurduğunu vurğulayan dövlətimizin
başçısı ölkələrimizin bütün beynəlxalq
təşkilatlarda bir-birini dəstəkləməsinin önəmini
qeyd etdi. Prezident İlham Əliyev Azərbaycanın
Əfqanıstanda sabitliyin və əmin-amanlığın
qorunması istiqamətindəki fəaliyyətini əməkdaşlığımızın
yaxşı göstəricisi kimi dəyərləndirdi.
Ölkələrimiz arasında iqtisadi əlaqələrə
toxunan dövlətimizin başçısı bu sahədə
də əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi
istiqamətində işlərin aparılmasının zəruriliyini
qeyd etdi.
Xarici
işlər naziri Zarar Ahmad Osmani Əfqanıstan İslam
Respublikasının Prezidenti Həmid Kərzainin
salamlarını dövlətimizin başçısına
çatdırdı. O bildirdi ki, ölkəsinin Prezidenti Azərbaycan
ilə uzunmüddətli uğurlu əməkdaşlıqdan məmnundur.
Görüşdə
ölkələrimiz arasında əməkdaşlığın
müxtəlif istiqamətlərdə, o cümlədən
iqtisadi, ticarət, sərmayə qoyuluşu və digər sahələrdə
inkişaf etdirilməsi ilə bağlı məsələlər
ətrafında fikir mübadiləsi aparıldı.
Dövlət
başçısı Prezident Həmid Kərzainin
salamlarına görə minnətdarlığını
bildirdi, onun da salamlarını Əfqanıstan İslam
Respublikasının Prezidentinə çatdırmağı
xahiş etdi.
Azərbaycan.-2014.- 19 mart.- S.1.