«Məhkəmə-Hüquq Şurası haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 28 yanvar tarixli 183 nömrəli fərmanında dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Məhkəmə-Hüquq Şurası haqqında" Azərbaycan Respublikası qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 28 yanvar tarixli 183 nömrəli fərmanını "Məhkəmə-Hüquq Şurası haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2013-cü il 22 oktyabr tarixli 770-IVQD nömrəli qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 18 dekabr tarixli 50 nömrəli fərmanına uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

"Məhkəmə-Hüquq Şurası haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 28 yanvar tarixli 183 nömrəli fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, ¹ 1, maddə 17; 2006, ¹ 7, maddə 593) 2.2-ci bəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 2.3-cü bənd əlavə edilsin:

"2.3. həmin qanunun 11.0.4-1-ci və 12.0.4-1-ci maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Naxçıvan Muxtar Respublikasının ərazisində (yalnız birinci instansiya məhkəmələrinə münasibətdə) Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir.".

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 Bakı şəhəri, 17 mart 2014-cü il

Azərbaycan.-2014.- 19 mart.- S.1.