Bəşəri dəyərlər toplusu

 

Novruz gəlir, yaz gəlir

 

Novruza - yeni günə, yeni astronomik ilə az qalıb. Yerin səma cismi olaraq növbəti astronomik yeni ili ümumdünya koordinasiya vaxtı (UT) ilə martın 20-si saat 16:57-də (Azərbaycanda təxminən 21:00 radələrində) başlayacaq. Planetimizə, yurdumuza bahar gələcək.

Şərqdə, xüsusilə türk xalqları arasında bahar bayramı kimi qəlbən sevilən və şövqlə qeyd edilən ən qədim bayramlardandır Novruz. Qan yaddaşımıza hopmuş və ruhən də çox bağlı olduğumuz bu bayramın hər elementində, atributunda, rəmzində gizli məna, hikmət var. Əsrlər deyil, minilliklərdən keçib gələn bayramın qaynağını, yaranışını, tarixçəsini açmağa cəhd göstərənlər onu milli-etnik, bəzən də dini təməllərə bağlamağa çalışsalar da, Novruzun sirri tamamilə açılmayıb. Bəzən isə bu bayramın, əslində, çox dərin məna daşıyan salnaməsi bəsitləşdirilir. Halbuki Novruz bütün atributları, elementləri ilə birlikdə təkcə insanların ta qədimdən bu günə kimi mənimsədikləri sosial həyat vərdişlərinin daşıyıcısı deyil. Novruz qədim sivilizasiyaların dünya, həyat, təbiət haqqında əxz etdikləri biliklərinin, elminin qan yaddaşında keçmişdən bizə ötürülən bir dərslik, kitabdır. Bayramın əsas elementlərini  ayrılıqda təhlil edib bir araya topladıqda bir elmi-nəzəri model alınır və Novruzun elmi-tarixi salnamə olduğu çox aydın görünür...

Təbiətin və bütün canlıların spiralvari dövrlə təkrarlanan astrofiziki, həmçinin bioloji proses ritmi, silsiləsi mövcuddur. Bir çıxış "nöqtə"sindən başlayan dairəvi (dövri) hərəkətin sonu növbəti digər dövrün başlanğıcı olur. Astronomiyada buna gecə-gündüz bərabərliyi deyilir. Tropik il - yəni fəsil başlanğıcı da bu bərabərlikdən sonra start götürür. Bioloji həyat da eynən beləcə yenilənir. Hər il dövriliklə təkrarlanan bu astronomik an min illərdir ki, əsasən iki günə - martın 20-si və 21-nə təsadüf edir.

Maraqlıdır, niyə əsrlər boyu insanlar Novruz bayramını məhz bu iki gün - martın 20 və 21 qeyd edir? Şübhəsiz, bu, təsadüf ola bilməz. Deməli, Novruzun yaranışında insanlar nəinki göydəki səma cisimlərinin necə düzülməsindən, həm də Yerin Günəş ətrafında hərəkət etməsindən, bu hərəkətin dövrlülüyündən, həmçinin gecə-gündüz bərabərliyindən xəbərdar olublar. Onlar bu zamanın dəqiq gününü və anını da bildiklərindəndir ki, bayram bərabərliyin dəyişkən olaraq tuş gəldiyi hər iki gündə keçirilib. Halbuki, bütün bunlar elmi olaraq cəmi bir neçə əsr bundan qabaq kəşf edilib. Bəzi elmi incəliklər isə yaxın keçmişdə üzə çıxıb.

Qeyd etdiyimiz kimi, Yerdə (Şimal yarımkürəsində) bərabərlik anı əsasən martın iki gününə təsadüf edir. Nadir hallarda bu hal digər günlərdə baş verir. Məsələn, gələcək 100 il ərzində astronomik gecə-gündüz bərabərliyi yalnız bir dəfə - 2096-cı ildə martın 19-na təsadüf edəcək. Qalan hallarda bu an martın 20-si 21-i arasında mütəmadi olaraq yer dəyişəcək. Belə olan təqdirdə, konkret olaraq bu günlərin bayram edilməsini sırf təbiətlə, qədim insanların təkcə aqrar vərdişləri ilə uzlaşdırmaq doğru olmazdı.

Xatırladaq ki, Şimal yarımkürəsində mart bərabərliyi olarkən, Cənub yarımkürəsində sentyabr bərabərliyi baş verir. Yəni Şimal yarımkürəsinə yaz gələndə, Cənub yarımkürəsi payıza qədəm qoyur. Beləcə, şimalda yay ikən, cənubda qış olur. Eləcə , əksinə - Cənub yarımkürəsinə baharın gəlişi, bioloji yeni siklə keçid şərti təqvimlə sentyabrın 20-21-də baş verir. Bu səbəbdən Şimal yarımkürəsində sentyabrın deyil, mart bərabərliyinin astronomik yeni ilin başlanğıcı kimi qəbul edilməsinin həm astronomik, həm bioloji dövriliklə bağlılığı istisna deyil.  Orqanizmlərin bioloji saatı, proseslərin dövri xarakteri  haqqında fundamental bilgilərsə ötən əsrdən bəşəriyyətə bəlli olub. Özü bu proseslərin mahiyyəti tam deyil, qismən öyrənilib.

Novruz elementləri üzərinə sanki elmi informasiya yüklənilib bu məlumat toplusu qan yaddaşı vasitəsilə nəsildən-nəslə ötürülmək üçün nəzərdə tutulub. Diqqətlə araşdırdıqda  müasir elmi biliklərlə tutuşdurduqda Novruz ənənələrində, rəmzlərində həyatın yaranma modelinin qurulduğu, şifrləndiyi bəlli olur.

Su, Od, Yel Torpaq çərşənbələri bilavasitə təbiətlə, torpaqla, əkin-biçinlə əlaqələndirilsə , bu elementlərin simvolik olaraq, eləcə düzülüş ardıcıllığı ilə həyatın yaranması onun Yerdə formalaşma nəzəriyyəsini xatırlatması çox təəccüblüdür. Simvolların elmi məna yükü, ardıcıllığı elmin ən son nailiyyətləri əsasında qurulmuş  Standart model nəzəriyyəsinin bəndlərinə tamamilə uyğundur.

Su - həyat daşıyıcısıdır. Yəni hər növ canlı varlığın, həmçinin insanın yaranışının  bütün elementlərini mexanizmini, həmçinin bunu hərəkətə gətirən, idarə edən "proqram təminatının" nəql vasitəsidir. Eləcə , su təməl "xammal"ıdır - təsadüfi deyil ki, bütün canlılar, o cümlədən bitkilər əsasən sudan ibarətdir. İnsan  beyninin 90 faizdən çoxu sudur.

Bəs, Su çərşənbəsinin birinci olması ilə əlaqədardır? Qarlar-buzlar heç qışın qurtarmasına bir ay qalmış ərimir, əkinə hazırlıq məqsədilə sudan o dövrdə istifadə olunmur. Deməli, bunun başqa mənası var.

Əvvəla, bu, həyatın var olması üçün onun ilk şərt olmasına işarədir. Ən əsası isə Yer yaranmadan əvvəl həyatın var olmasına ciddi vurğudur. Diqqət edək: Kainat 13,830 milyard il qabaq yaranıb. Bizim qalaktika (Süd yolu) bundan 630 milyon il sonra formalaşmağa başlayıb 13,2 milyard il yaşındadır. Amma Günəş sistemi xeyli gəncdir: cəmi 4,7 milyard il əvvəl qurulmağa başlanılıb. Bir qədər sonra - 4,57 milyard il qabaq isə Yer yaranıb. Amma Yerin həyat üçün yararlı hala düşməsi milyon illər sürüb. Yəni Günəş sistemi (Yer) yaranana qədər kainat kifayət qədər uzun müddət mövcud olub. Deməli, su da qat-qat daha əvvəl yaranıb. Beləliklə, suyun Yerə kənardan gəldiyi elmi olaraq da isbatlandığından, Su çərşənbəsi  həm onun Yerdən əvvəl varlığına, həm həyatın materiyadan (Yerdən) öncə yaranışına işarədir.

Od - enerji: maddi canlı varlıqların yaranışının, həmçinin yaşamasının əsas şərtlərindən biridir. Bütün fiziki, kimyəvi bioloji proseslərin başlaması, inkişafı enerjisiz mümkün deyil. Əsas enerji mənbəyi isə - Günəşdir. Əsasən helium hidrogendən ibarət odlu qaz topalarından kainat boşluğunda Günəş yarandıqdan sonra yerdə qalan "inşaat materialları"ndan bu sistemə daxil digər səma cisimləri - planetlər, o cümlədən Yer əmələ gəlib. Günəş bu sistemdəki bütün materiyanın (planetlər, onların peykləri, asteroid kometaların) birgə kütləsinin 99,866 faizini təşkil edir.

Yerilk dövrlərdə odlu-alovlu olub. Tektonik proseslər, vulkanik aktivlik səngiyəndən sonra planetin həyat üçün münbit formaya salınmasının növbəti mərhələsi başlayıb. Günəş şüası olmadan Yerdə heç bir həyat növüyarana, nə də yaşaya bilərdi. Amma Günəşdən saçan digər şüa növləri də var ki, onların qarşısı alınmadan da həyat mövcud ola bilməzdi. Bu və digər mətləblərə işarə növbəti çərşənbədə ehtiva olunub.

Yel - külək çərşənbəsi məhz bu prosesin (Yerin əmələgəlmə mərhələlərinin) növbəti etapında alınan nəticəsinin simvoludur: beləcə, atmosfer, hava qatları yaranıb. Atmosferonun qatları olmadan Yerdə nə hava (hava axınları, külək), nə də bioloji həyat mümkün olardı.

Torpaq - Yer səthinin hər növ canlı üçün münbit elementlərlə zəngin qatı, əslində, çox məhdud təbəqədir və ən son yaranan qatdır. Formalaşması milyon illər sürüb. Yerə su, dəmir və digər maddələr endirildikdən sonra zənginləşib, münbitləşib və beləcə, həyat rüşeymi formalaşıb. Təsadüfi deyil ki, canlı varlıqların, həmçinin insanın maddi əsası ilə torpağın əsas elementləri eynidir. Bu "Quran" ayətlərində də söylənilir. Yeri gəlmişkən, kainatın, həyatın və Yer kürəsinin yaranışı nəzəriyyəsində elmin vardığı ən son nailiyyətlər "Quran"da, ümumiyyətlə, səmavi din nəzəriyyələrində bildirilənlərə çox uyğun gəlir. Bununla belə, Novruzun tarixi bütün səmavi dinlərdən, həmçinin zərdüştlükdən də qədimdir. Başlanğıcı bizim eradan da əvvələ gedib çıxır və heç bir vəchlə dini, yaxud etnik-milli əsaslar üzərində yaranmış bayram deyil. Ümumbəşəri dəyərlər daşıdığındandır ki, 2009-cu ildə UNESCO tərəfindən dünya xalqlarının qorunan qeyri-maddi mədəni irsi siyahısına daxil olunub, 2010-cu ildə isə BMT Baş Assambleyası mart ayının 21-ni Beynəlxalq Novruz Günü elan edib.

 

Elxan QƏNBƏRLİ,

Azərbaycan.-2014.- 19 mart.- S.4.