Heydər Əliyev Fondu
kimsəsiz və xüsusi qayğıya
ehtiyacı olan uşaqlar
üçün Novruz şənliyi təşkil etmişdir
Heydər
Əliyev Fondunun təşəbbüsü ilə martın
18-də xüsusi qayğıya ehtiyacı olan və kimsəsiz
uşaqlar üçün Novruz şənliyi
keçirilmişdir.
İlaxır çərşənbəsi günündə təşkil olunmuş bayram şənliyində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak etmişdir.
Tədbirdə Novruz bayramı münasibətilə şou proqram təqdim olunmuşdur. Uşaqlara Novruz bayramının adət-ənənələri barədə məlumat verilmiş, viktorina və müxtəlif oyunlar keçirilmişdir. Konsert proqramı ilə davam etdirilən tədbirin sonunda uşaqlara hədiyyələr paylanılmışdır.
AzərTAc
Azərbaycan.-2014.- 19 mart.- S.7.