Qarabağın rəmzi xarı bülbülü Vaşinqtona
bahar ab-havası gətirdi
Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyinin təşəbbüsü və Qarabağ Fondunun təşkilatçılığı ilə martın 18-də Birləşmiş Ştatların Botanika bağında (US Botanical Garden Conservatory) Qarabağın rəmzi olan xarı bülbül gülünün təqdimat mərasimi keçirilmişdir.
AzərTAc xəbər verir ki, Vaşinqtona bahar ab-havasını gətirən xarı bülbül Botanika bağında çalışanları öz gözəlliyi ilə valeh etmişdir. Xarı bülbül gülünün yetişdirilməsinə münbit şərait yaradan mütəxəssislər qeyd etmişlər ki, xarı bülbül digər güllərdən öz həssaslığı ilə fərqlənir.
Botanika bağının
bitkilər üzrə mütəxəssisi Bill
MakLaqlinin sözlərinə görə,
xarı bülbül Botanika
bağında keçirilən orxideya
güllərinə həsr olunmuş simfoniyada yer alacaqdır. Qeyd etmək istərdik ki,
Botanika bağı 1820-ci ildə yaradılmış
və Şimali Amerikanın ən qədim
botanika bağlarından hesab
olunur. ABŞ Botanika
bağı muzey statusuna
malikdir.
Azərbaycan.-2014.- 19 mart.- S.7.