Azərbaycan Prezidenti İlham Əliyev Niderland
Krallığı
Senatının üzvü Rene Van Der
Linden ilə görüşmüşdür
Martın
24-də Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev Haaqada Niderland Krallığı Senatının
üzvü Rene Van Der Linden ilə
görüşmüşdür.
Görüşdə
Azərbaycan Respublikası ilə Niderland Krallığı
arasında əlaqələrin inkişafından məmnunluq
ifadə olundu. Ölkələrimizin siyasi, iqtisadi, biznes və
digər sahələrdə uğurlu əməkdaşlıq
qurduqları vurğulandı. Azərbaycan ilə Niderlandın
təhsil və elm sahələrində də yaxşı əməkdaşlıq
etdikləri bildirildi.
Söhbət
zamanı Azərbaycanın “ADA” Universiteti ilə Niderlandın
Maastrixt Universiteti arasında əlaqələrin
inkişafından razılıq ifadə olundu.
Azərbaycan.-2014.- 28 mart.- S.1.