Prezident İlham
Əliyev Haaqada Beynəlxalq Atom Enerjisi
Agentliyinin baş direktoru Yukiya Amano
ilə görüşmüşdür
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev martın 24-də
Haaqada Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Yukiya
Amano ilə görüşmüşdür.
Görüşdə
Azərbaycan ilə Beynəlxalq Atom Enerjisi Agentliyi arasında
səmərəli əməkdaşlığın
qurulduğu, ölkəmizin nüvə təhlükəsizliyi
sahəsində etibarlı tərəfdaş olduğu
bildirildi.
Yukiya
Amano əməkdaşlığın daha da inkişaf etdirilməsi
və radioaktiv tullantıların təmizlənməsi sahəsində
əlaqələrin genişləndirilməsi
üçün yaxşı potensialın olduğunu dedi. O,
bildirdi ki, Azərbaycanın nüvə təhlükəsizliyi
ilə bağlı keçirilən tədbirlərdə və
zirvə görüşlərində fəal iştirak etməsi
məmnunluq doğurur.
Azərbaycan
Prezidenti İlham Əliyev nüvə təhlükəsizliyinin
ölkəmiz, region və dünya üçün əhəmiyyətinə
toxundu. Dövlətimizin başçısı Ermənistanda
seysmik zonada yerləşən və artıq köhnələrək
müasir standartlara cavab verməyən Atom Elektrik
Stansiyasının fəaliyyətinin bütün region
üçün ciddi təhlükə doğurduğunu diqqətə
çatdırdı.
Azərbaycan.-2014.- 28 mart.- S.1.